Bakı. AzerVoice:
2023-cü ildə həyatını itirən 188 personaldan 135-i Qəzzada həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib.
O, 2023-cü ildə BMT-nin 188 əməkdaşının həyatını itirdiyini, onlardan 135-inin Qəzzada BMT-nin Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşları olduğunu açıqlayıb.
Quterreş vurğulayıb ki, bu, BMT-nin yarandığı vaxtdan bəri bir münaqişə və ya təbii fəlakət nəticəsində həlak olan ən yüksək personal sayıdır.
"Bu, heç vaxt qəbul edə bilməyəcəyimiz bir reallıqdır. Bəzi UNRWA personalları evlərinin bombalanması nəticəsində ailələri ilə birlikdə həlak olub." – deyə baş katib bildirib.
UNRWA personalının ailələrinə çata bilmədiklərinə diqqət çəkən Quterreş, bir çox ailə üzvlərinin ya İsrailin hücumları nəticəsində öldürüldüyünü, ya da məcburi köçkün olduğunu bildirib.
Hafiz Rufizoğlu