14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib

13 İyun 2024 16:45
Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib

Bakı. AzerVoice:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.

İclas zamanı Hikmət Hacıyev müttəfiqlərlə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantıları və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.

Müttəfiqlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bildirmiş və NATO-nun etibarlı tərəfdaşı olaraq Azərbaycanın Alyansla tərəfdaşlığı yüksək qiymətləndirilmiş, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələri, Ukraynaya göstərdiyi hümanitar dəstəyi təqdir edilib. Eyni zamanda Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu vurğulanmış, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29-a sədrliyinə dəstək ifadə olunub. Müttəfiqlər yekdilliklə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh gündəliyinə dəstək bildirərək iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı alqışlayıb.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib.

Qeyd edək ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur.

Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib
Məqalədə: #Azərbaycan #NATO

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
18:07
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.