4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Çində doqquzuncu əsrə aid qədim türk dilində mətn tapılıb

25 İyul 2024 17:32
Çində doqquzuncu əsrə aid qədim türk dilində mətn tapılıb

Bakı, AzerVoice

Çinin Taklamakan səhrasının cənubundakı Xotendə üzərində Köktürk hərfləri olan taxta çubuq tapılıb.

AzerVoice Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prof. Dr. Erhan Aydın doqquzuncu əsrə aid olduğu ehtimal edilən çubuğun üzərindəki mətni oxumağı bacarıb.

Bir müddət öncə çinlilər tərəfindən Sincan adlanan bölgədə çoxlu türk runik mətnləri tapılaraq nəşr edilmişdi.

Bunların arasında kitab ölçüsündə olan “İrk Bitig” dən başqa bir çox əlyazmalar da aşkar edilmişdi. Çin sərhədləri daxilində kağız əlyazmalardan əlavə həmçinin daş, qaya və müxtəlif əşyaların üzərinə yazılmış mətnlər də tapılıb.

Türkiyənin Dokuz Eylül Universitetində müəllim olan Prof. Dr. Erhan Aydın Hotendə tapılan taxta çubuq üzərindəki türkcə mətni oxuyub.

Onun üzərində Köktürkcə "Aş bulçın uk antag tok az ermiş" yəni “Aş(ın) kıymetini bil! (anla!). Bu yüzden tok az imiş”- deyə yazılıb.

Hotendə harada tapıldığı dəqiq bilinməyən bu çubuq 2007-ci ildə Pekin Milli Kitabxanası tərəfindən alınıb. Çubuq bu gün BX 3-95 inventar nömrəsi altında saxlanılır.

Prof. Dr. Erhan Aydın yazı ilə bağlı "Bu taxta parçasının üzərində 16 işarə var. Sondakı iki nöqtə istisna olmaqla, hamısı səs qarşılığı olan hərflərdir. Üst-üstə qoyulan iki nöqtə Qədim Türk yazılarında söz ayırıcı və ya cümlələrin sonunda qoyulan işarə kimi tanınır, bu da eyni yazı ənənəsinin hələ də davam etdiyini göstərir. Taxta parçasının üzərində heç bir tarix yoxdur. Lakin onun böyük ehtimalla IX əsrə aid olduğunu söyləmək mümkündür. Üzərində kəlam yazıldığı üçün tarixin olmaması təbiidir. " -deyə bildirib.

2012-ci ildə Peter Zieme bu mətni oxumağa cəhd etsə də, hərflər səhv müəyyən edildiyi üçün mətndə nə yazıldığını açıqlamaq mümkün olmayıb.

Prof. Dr. Aydın mətni necə anladığı barədə "Mən bu mətni 2013-cü ildə Pekin Milli Kitabxanasında sərgidə görüb, fotoşəkillərini çəkmişdim. O vaxtdan bəri on ilə yaxındır ki, daim bu 15 hərfinin necə oxuna biləcəyi barəsində düşünürəm" - deyə qeyd edib.

Mətnin oxunmasını çətin edən əsas səbəbi kimi "Mətnin məlum olan digər hərflərdən çox fərqli şəkildə yazılması onun oxunmasını çətinləşdirir. Yəni hərflərin müxtəlif variant formaları ilə qarşılaşırıq. Bu günə qədər mətnin oxuna bilməmə səbəbi saitlərin yazılmamış olmasıdır." - deyə Aydın ifadə edib.

"Bu mətnin ən mühüm cəhəti yeməyə hörmət etməyin vacibliyidir. Əslində, burda nəzərdə tutulan "yeməyi israf etmə ki, ac qalmayasan!" ifadəsidir.

Prof. Dr. Aydın, Xotendə dörd taxta lövhədən ibarət başqa bir mətnin olduğunu da deyərək "Xotendə tapılan digər mühüm mətn dörd taxta lövhədən ibarət olan kitabədir. Bu yazı bizim iki çinli həmkarımız tərəfindən nəşr edilib, ancaq onlar bunu təxminən XI əsrə aid zənn etdikləri üçün səhv oxuyublar. Lakin bu mətn 9-cu əsrə aiddir, inşallah, bu ilin sonuna qədər bu dörd taxta lövhədəki mətni də dərc edəcəm." - deyə qeyd edib.

Çində doqquzuncu əsrə aid qədim türk dilində mətn tapılıb
Məqalədə: #Çin #Qədim türkcə #Xoten #Sincan

Mövzu üzrə digər xəbərlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09
Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin
Fələstin

Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

2 Sentyabr 18:35

Son Xəbərlər

Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.