6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ərdoğanın mesajı nəyə hesablanıb? – Rufiz Hafizoğlu

30 İyul 2024 15:03
Ərdoğanın mesajı nəyə hesablanıb? – Rufiz Hafizoğlu

Bakı, AzerVoice

Son günlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion bəyanatla çıxışı bütün dünya gündəmindədir.

Dövlət başçısı bildirib ki, ölkəsi fələstinlilərə kömək üçün İsrailə girə bilər: “Necə ki, Türkiyə bunu daha əvvəl Liviyada və Qarabağda edib”.

Bunun ardınca Hollandiyada parlament seçkilərində qalib gələn Azadlıq Partiyasının lideri Geert Vilders ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qoşunların daxil olmasına icazə verən sözlərinə görə Türkiyəni NATO üzvlüyündən məhrum etməyi təklif edib.

Daha sonra İsrailin Xarici İşlər naziri İsrael Katz bəyanat yayaraq Türkiyənin NATO-dan çıxarılmasına çağırış edib.

Bəs görəsən İsrailin çağırışı Türkiyənin NATO-dakı üzvlüyündə hansısa problem yarada bilər? Yoxsa, İsrail XİN rəhbərinin bu çağırışı Türkiyəyə təzyiqləri genişləndirmək üçün edilib?

AzerVoice xəbər verir ki, mövzu ilə bağlı “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, Türkiyə NATO-nun aparıcı ölkəsidir və heç bir halda heç bir ölkə Türkiyənin NATO-dan çıxmasına mane ola bilməz:

“Bu gün NATO-nun əsas məqsədlərindən biri də genişlənməkdir. İstər Yaxın Şərqdə olsun, istər Asiya ölkələrində. Bir neçə həftə öncə İordaniyada NATO-nun təmsilçi məktəbi açılıb. Bu baxımdan, Türkiyəni oradan çıxarmaq və yaxud da ki, bu istiqamətdə hər hansı bir addımların atılmasını öngörmək absurddur. Əgər belə bir hal olarsa, heç şübhəsiz ki, burada NATO çox böyük itki əldə edə bilər. Çünki hər kəsə məlumdur ki, Türkiyə sıradan bir ölkə deyil. Türkiyə NATO-nun ən qabaqcıl və digər bir tərəfdən, terrorla ən çox mübarizə aparan ölkələrdəndir. Eyni zamanda, bu gün dünyada Türkiyə-Rusiya yaxınlaşması var. Belə bir hal olarsa, artıq bu dəfə NATO ölkələri və Qərb bunun altını çəkə bilməz. Bununla yanaşı, Türkiyənin də Qərbin dırnaq arası dövlətlərinin təzyiq mexanizmi də yetərincə var. Hər an bu mexanizm işlək hala gətirilə bilər. Bu mexanizmdən biri də Suriyalı qaçqınlardır. Unutmayaq ki, Türkiyə belə bir problemi yaratmaq istəsə, bu gün ən yaxşı halda, minimum, Şərqi Avropa ölkələrini miqrant dalğası ilə boğa bilər”.

Siyasi şərhçi deyir ki, əslində Ərdoğan bu mesajla tək İsrailə deyil, ABŞ-a da bir mesaj vermiş oldu:

“Ərdoğanın bu məsələdə Səudiyyə Ərəbistanı, Misir, İordaniya olmaqla bütün Qərb ölkələrinə bir mesaj verdi. İsrail isə heç bir halda bu məsələdə onun tərəf müqabili olmayıb. Maraqlısı budur ki, Rəcəb Tayyib Ərdoğan bu bəyanatı niyə məhz bu günlərdə verdi? Hər kəsə məlumdur ki, Qəzza münaqişəsində artıq 40 min dinc insanlar həyatını itirib. Artıq bu faktdır. Bu münaqişədən 10 ay keçir və Ərdoğan bu 10 aydan sonra ilk dəfədir ki, adı gedən bəyanatı yəni Qəzzada, Liviyada, Qarabağda olduğu kimi, İsrailə də müdaxilə edə biləcəkləri ilə bağlı belə bir açıqlama verdi. Təbii ki, bu, təsadüfü deyil. Əslində, Benyamin Netanyahunu ABŞ səfərində Konqresdə çıxışından sonra konqresmenlər onu ayağda aldışladılar. Silah tədarükü məsələsini Benyamin Netanyahu gündəmə gətirdi. Bunun da ardınca Ərdoğan belə bir açıqlama verdi. Təbii ki, təsadüf yoxdur. Ümumiyyətlə, siyasətdə təsadüflər olmur”.

R.Hafizoğluna görə, Yaxın Şərq prosesində bugünkü Türkiyənin rolu çox olsa da, ancaq Türkiyə Fələstin münaqişəsinin həllinə nail ola bilməz:

“İslam dünyasında dominant olmaq istəyən bütün qüvvələr hər zaman Fələstin məsələsini aktual şəkildə gündəmdə saxlayırlar. Bunu zamanında İran da eləmişdi. AK Parti də yeni hakimiyyətə gəldiyində bu məsələlərə toxunmuşdu. Təbbi ki, bunu qeyri-müsəlman ölkələri də edə bilər. Dolayısı ilə gündəmdə olmaq üçün və İslam dünyasında dominantlıq qazana bilmək üçün Fələstin məsələsini gündəmdə saxlamaq lazımdır. Təbii ki, ərəb ölkələri başda olmaqla Səudiyyə Ərəbistanı, Misir, İordaniya Türkiyənin Yaxın Şərq məsələsində, xüsusən də Fələstin-İsrail məsələsində dominant rol almasını istəməzlər. Eyni zamanda heç bir halda İran da buna imkan verməz ki, Türkiyə məhz Fələstin məsələsində hər hansı ciddi rol üstlənsin”.

Ərdoğanın mesajı nəyə hesablanıb? – Rufiz Hafizoğlu
Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.