Bakı, AzerVoice
2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4
faiz azalaraq, 5 milyard 418 milyon dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 799 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 15,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 9 milyard 473 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.