8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib

7 Sentyabr 2024 22:54
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib

Bakı. AzerVoice

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası, bu ilin noyabrında Bakıda baş tutacaq COP29 iqlim konfransına hazırlıq prosesini qiymətləndirmək üçün sentyabrın 6-dan 9-dək Azərbaycanda səfərdədir.

AzerVoice-nin məlumatına görə, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisi məlumat verib.

Səfərin ilk günündə missiyanın rəhbəri, UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşüb. Onlar konfransın hazırlıqları çərçivəsində müxtəlif əməliyyat proseslərinin vəziyyəti, tədbir məkanının təşkilatçı məqsədlərinə uyğun bölgüsü və digər mühüm təşkilati məsələləri müzakirə ediblər. Həmçinin, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon, COP29 ƏŞ-nin nümayəndələri ilə konfransın təhlükəsizliyi ilə bağlı görülən tədbirlər barədə fikir mübadiləsi aparıb. Daha sonra missiya üzvləri tədbirin keçiriləcəyi Bakı Stadionuna baş çəkərək, tikinti və əməliyyat işləri ilə yaxından tanış olublar.

Səfərin ilk günündə missiya nümayəndələri COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıq prosesi barədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunmuş brifinqdə də iştirak ediblər.

Səfər müddətində hazırlıq işlərinin bütün istiqamətləri nəzərdən keçiriləcək, o cümlədən missiya nümayəndələri COP29 Azərbaycan ƏŞ və müxtəlif dövlət qurumları ilə görüşləri davam etdirəcək. Həmçinin, şəhərdə konfrans nümayəndələri üçün qonaqlama, qidalanma və nəqliyyat xidmətlərinin qiymətləndirilməsi üçün paytaxtdakı otel və digər obyektlərə baş çəkiləcək. Missiya üzvləri bu məkanlarda yaradılan şəraitin beynəlxalq tələblərə uyğunluğunu yoxlayaraq qidalanma və keytrinq xidmətləri ilə də tanış olacaqlar.

UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.