14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi

18 Sentyabr 2024 00:21
Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi

Bakı. AzerVoice

İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəb üçün inşa olunan 624 şagird yerlik bina istifadəyə verilib. Yeni məktəb binasında şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən şərait yaradılıb.

AzerVoice xəbər verir ki, yeni məktəb binasının açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən danışılıb. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə edilib.

Qeyd olunub ki, 1972-ci ildə inşa edilmiş Aranlı kənd 1 saylı tam orta məktəbin binası ötən müddətdə istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində inşa olunan 624 şagird yerlik məktəb binası yeni tədris ilindən şagird və müəllimlərin ixtiyarına verilib.

Məktəbin direktoru Anar Ələkbərov bildirib ki, əvvəlki məktəb binasındakı çətin şərait, köhnə sinif otaqları, istilik sisteminin sıradan çıxması təhsilə mənfi təsir göstərirdi. Çünki bina istismar müddətini başa vurmuşdu. Lakin indi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün müasir standartlara uyğun yeni bina inşa edilib. “Hazırda məktəbdə 504 şagird təhsil alır. Onlardan 44-ü məktəbə hazırlıq qrupuna, 34-ü isə birinci sinfə qəbul olunanlardır. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya kollektiv adından minnətdarıq”, - deyə məktəb direktoru söyləyib.

X sinif şagirdi Təyyubə Quliyeva da yeni tədris ilinə yeni məktəb binasında başladıqları üçün çox sevinclidir. Deyir ki, əvvəllər məktəbdə təhsil almaq üçün əyani vəsaitlər yox idi, bu da bir sıra çətinliklər yaradırdı: “İndi laboratoriya otaqlarından, avadanlıqdan istifadə edə biləcəyik. Bu şərait biz şagirdlərin daha keyfiyyətli təhsil almasına imkan verəcək. Hər birimiz çox sevinirik ki, artıq bizim də belə gözəl məktəbimiz var”.

Üçmərtəbəli 4 korpusdan ibarət məktəb binası zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi
Məqalədə: #Azərbaycan #Heydər Əliyev Fondu

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Mədinə xurma ağacı tullantılarını investisiya imkanına çevirməyi planlaşdırır
Mədinə xurma ağacı tullantılarını investisiya imkanına çevirməyi planlaşdırır
19:27
Makron İraqın Baş naziri ilə Hörmüzdə gərginliyin azaldılmasını müzakirə edib
Makron İraqın Baş naziri ilə Hörmüzdə gərginliyin azaldılmasını müzakirə edib
19:21
Razan Camal “Əsəd” filmindəki roluna görə “Ən yaxşı aktrisa” seçilib
Razan Camal “Əsəd” filmindəki roluna görə “Ən yaxşı aktrisa” seçilib
19:08
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
18:53
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
18:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.