11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ Türkiyəyə LNG tədarük edən ən böyük ölkəyə çevrilib - Ərdoğan

25 Sentyabr 2024 06:00
ABŞ Türkiyəyə LNG tədarük edən ən böyük ölkəyə çevrilib - Ərdoğan

Bakı. AzerVoice

ABŞ Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edən ən böyük ölkəyə çevrilib.

AzerVoice xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Nyu-Yorkda Türkiyə-Amerika Biznes Şurasının tədbirində bildirib.

"Bu gün Amerika bu sahədə bizim ən böyük tədarükçümüzə çevrilib və biz bu əlaqələri uzunmüddətli müqavilə ilə təsdiqləmək istəyirik. Bu istiqamətdə atılan mühüm addım enerji şirkətimiz Botaş və ExxonMobil arasında anlaşma memorandumunun imzalanması oldu", – Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, son 20 ildə Türkiyə təxminən 270 milyard ABŞ dolları birbaşa xarici investisiya cəlb edib və hazırda ölkədə 83 min xarici kapitala malik şirkət fəaliyyət göstərir.

Ərdoğan əlavə gömrük rüsumları, dəmir-polad və alüminium sektorlarında CAATSA sanksiyaları kimi birtərəfli tədbirləri və məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

O, 2023-cü ildə Türkiyə və ABŞ arasında ticarət həcminin 30 milyard dolları keçdiyini, lakin artım üçün böyük potensialın olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyədə ABŞ, Qətər, Əlcəzair və digər ölkələrdən LNG-nin gəmi ilə gətirildiyi 5 LNG terminalı fəaliyyət göstərir. Həmçinin, Türkiyə Rusiya, Azərbaycan, İran və Bolqarıstanla qaz kəmərləri sistemi ilə bağlıdır.

Türkiyənin qaz tələbatı illik təxminən 50 milyard kubmetrdir.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #ABŞ

Mövzu üzrə digər xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43

Son Xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.