9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər

9 Aprel 2025 18:09
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər

Bakı. AzerVoice:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva aprelin 8-də Qəbələdə “Gənc arıçı” layihəsinin iki iştirakçısının evini ziyarət ediblər.

IDEA İctimai Birliyindən AzerVoice-ə verilən məlumata görə, Leyla Əliyeva görüşdə gənc arıçı ailələri ilə səmimi söhbət edib, fəaliyyətləri ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.

Öz növbəsində, layihə iştirakçıları Zəlikə Məmmədova və Rəfiqə Maxsudova, eləcə də onların ailə üzvləri göstərdiyi diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, süzdükləri təbii balı layihənin xüsusi qablaşdırmasında hədiyyə ediblər.

Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının yaradılmasında dəstək göstərilib.

Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən gənclərə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.

Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.

Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər
Məqalədə: #Leyla Əliyeva #Arzu Əliyeva

Mövzu üzrə digər xəbərlər

Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər

Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo

8 Sentyabr 20:06
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.