5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

ABŞ-İran danışıqları öncəsi gərginlik artır

16 Aprel 2025 21:00
ABŞ-İran danışıqları öncəsi gərginlik artır

BAKI, AzerVoice

İran, ABŞ-ın uran zənginləşdirilməsindən imtina tələbinə “qəti rədd” cavabı verib.

AzerVoice xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi, ABŞ-ın sabiq prezidenti Donald Trampın irəli sürdüyü tələblər çərçivəsində uran zənginləşdirilməsinin dayandırılması çağırışını rədd edib.

O bildirib ki, bu məsələ danışıqların mövzusu deyil və İranın bu sahədəki fəaliyyəti qanuni və prinsipial xarakter daşıyır.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vetkof sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, yekun razılaşma bölgədə sülh və sabitlik üçün İranın nüvə proqramını tamamilə dayandırmasını nəzərdə tutur. O, Trampın şərtlərinin danışıqların əsası olduğunu vurğulayıb.

Əraqçi isə bu mövqeyi “ziddiyyətli və dəyişkən” adlandırıb və bildirib ki, real irəliləyiş yalnız masa arxasında aydın və konstruktiv danışıqlarla mümkün ola bilər. O əlavə edib ki, təzyiq və birtərəfli tələblərlə aparılan siyasət nəticəsiz qalacaq.

Bu açıqlamalar Muskatda keçirilən ilk görüşdən sonra, ikinci raunddan üç gün əvvəl verilib. Omandakı danışıqlarda tərəflər arasında təxminən iki saatlıq birbaşa dialoq aparılıb və vasitəçi qismində Omanın xarici işlər naziri Bədr əl-Büsaid iştirak edib.

Qeyd edək ki, Abbas Əraqçi yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinə İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin məktubunu çatdırmaq üçün Moskvaya səfər edəcək. Məktubun detalları barədə isə açıqlama verilməyib.

Məqalədə: #İran #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Tehran #Əli Xamenei #Vaşinqton #Abbas Əraqçi #ABŞ və İran arasında hərbi gərginlik #İran-ABŞ gərginliyi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.