7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

HƏMAS-la əlaqələr, ittihamlar və etirazlar: İordaniyada İxvanın rəsmi gələcəyi necə olacaq

HƏMAS, İordaniya tərəfindən 1999-cu ildə ölkədən qovulduğundan bəri birbaşa təhlükə kimi qəbul edilir.

23 Aprel 2025 18:04
HƏMAS-la əlaqələr, ittihamlar və etirazlar: İordaniyada İxvanın rəsmi gələcəyi necə olacaq

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İordaniyada Müstəqil Seçki Komissiyası çərşənbə axşamı İslami Əmək Cəbhəsi Partiyasının (İxvanın siyasi qolu) ittiham siyahısında adı keçən 3 üzvünün partiya üzvlüyünün dondurulduğunu açıqladı. Bu şəxslər Dövlət Təhlükəsizlik Məhkəməsində ictimai asayişi pozmaqla bağlı ittiham olunurlar. Ekspertlərə görə bu addım, İordaniya hakimiyyətinin mümkün reaksiyasını yumşaltmağa yönəlib.

Bu qərar – Seçki Komissiyasına çərşənbə axşamı bildirilmiş – milli təhlükəsizliyi təhdid edən, yerli silah istehsalı və döyüş vasitələrinin idxalı ilə bağlı planların üzə çıxmasından sonra verilib. Bu da rəsmi dairələrdə partiya üzvlərinin bəzi fəaliyyətlərinə dair narahatlığı artırıb.

Ekspertlərin fikrincə İxvanın bu addımı, – təşkilati daxili tədbir olsa da – siyasi təmizə çıxma deyil, daha çox hakimiyyətin mümkün reaksiyasını əvvəlcədən önləməyə yönəlmiş taktikadır.

Rəsmi dairələrdə İxvanın daxili siyasi ritorikası ilə bölgədəki (xüsusilə də HƏMAS-la) əlaqələri arasında sərhəd çəkə bilmədiyinə dair inam getdikcə güclənir. HƏMAS, İordaniya tərəfindən 1999-cu ildə ölkədən qovulduğundan bəri birbaşa təhlükə kimi qəbul edilir.

İordaniyada orduya qarşı şüarlar rəsmi və siyasi dairələri narahat edir

İordaniyada Qəzzaya dəstək məqsədilə İxvanul-Müslimin (Müsəlman Qardaşları) tərəfindən təşkil edilən xalq aksiyalarında iştirak edənlərin səsləndirdiyi şüarlar, ordunun nüfuzuna toxunduğu və əvvəllər rast gəlinməyən cəsarət sərgilədiyi üçün, krallığın rəsmi və siyasi dairələrində şok effekti yaratdı.

Bu dairələr baş verənləri dövlətin suveren institutlarına və orduya qarşı ciddi bir təxribat kimi qiymətləndirir və bunun təsadüfi olmadığını, arxasında daha öncə İordaniya Kralı II Abdullahın xəbərdarlıq etdiyi "fitnəkar" qüvvələrin dayandığını düşünürlər.

Keçən həftə paytaxt Əmmanın mərkəzində keçirilən genişmiqyaslı yürüş zamanı nümayişçilər ordunun İsrailə qarşı müharibəyə qoşulmasını və Qəzzada baş verənləri sadəcə izləməklə kifayətlənməməsini tələb etdilər. Bəziləri isə "Bir, iki… ərəb ordusu haradadır… yatır" kimi i şüarlar səsləndirdi.

Qəzza müharibəsi zamanı İxvanın HƏMAS-a açıq dəstəyi, bu təşkilatın etiraz aksiyalarının təçkil etməso, HƏMAS bayraqlarının qaldırılması və bəzi aksiyalarda HƏMAS liderlərinin videobağlantı ilə çıxış etməsinə icazə verilməsi rəsmi narahatlığı daha da artırıb.

Təşkilat sonradan bəzi təşkilati pozuntulardan uzaqlaşmağa çalışsa da verdiyi siyasi siqnallar qeyri-müəyyən qalır və siyasi ritorikanı aşan fəaliyyətlərlə bağlı şübhələri qidalandırır

Bu təəssüratı daha da gücləndirən amil, ötən ilin iyununda paytaxt Əmmanda aşkar edilmiş partlayıcı anbarlarıdır. Onlar xarici mənşəli sayılır və bəzi şübhəlilərin İxvanla zəif də olsa əlaqəsi olub. Bu hallar fərdi kimi qiymətləndirilsə də, təkrarlanması İslami Əmək Cəbhəsini daimi müdafiə mövqeyinə salır və onun öz kadrlarına nəzarət qabiliyyəti ilə bağlı əsaslı suallar doğurur.

Müşahidəçilərə görə bu qərar yalnız intizam tədbiri deyil, həm də İxvanın siyasi və təhlükəsizlik baxımından kritik bir məqamda hakimiyyətə xoş niyyət siqnalı göndərmək cəhdidir. Ancaq bu, təşkilatın nə ritorikasında, nə də regional əlaqələrində struktur dəyişiklik etdiyini göstərmir.

Bu addım eyni zamanda, partiyanın hüquqi təzyiqlərdən qorunması məqsədinə də xidmət edir. Çünki bəzi çevrələrdə partiyanın tamamilə qadağan olunması tələbləri artır. Ancaq bu çağırışlar hələlik İordaniya hakimiyyətinin gərginlikləri tam qarşıdurmaya çevirməmə siyasətinə uyğun gəlmir.

Bununla belə, hökumətin səbr limiti sonsuz deyil. Əgər İxvan yasaqlanmış bölgələrdə etirazları davam etdirərsə və təxribatçı ritorikanı gücləndirərsə, daha sərt tədbirlərin görülməsi gündəmə gələ bilər. Hazırkı şəraitdə hökumət həm daxili ictimai narazılıq, həm də getdikcə daha gərginləşən regional balanslar səbəbilə ikili təzyiqlə qarşı-qarşıyadır. Belə bir durumda, İxvanın həm sistem içində qalmağa çalışan, həm də kütləni cəlb etmək üçün ritorikasını sərtləşdirən davranışı dövlətin bu təşkilatla bağlı mövqeyini yenidən nəzərdən keçirməsini sürətləndirə bilər.

Durumu daha da həssas edən amil, dövlətin hazırda siyasi modernləşmə planı həyata keçirməsidir. Bu plan, partiyalı parlament və daha sabit siyasi mühit tələb edir. Belə bir kontekstdə İxvan kimi böyük bir təşkilatın xaricdə qalması bu baxışla ziddiyyət təşkil etsə də, əgər dövlət onların siyasi oyunun qaydalarına riayət etmədiyini düşünərsə, bu, real bir seçimə çevrilə bilər.

Hazırda İordaniya hakimiyyəti qarşısında iki yol var: ya təşkilatı ciddi siyasi və təhlükəsizlik çərçivəsində saxlamağa çalışacaq, ya da daha qəti addımlar atacaq – və bu addımlar artıq ertələnə bilməz.

İxvanın son bəyanatları HƏMAS-ın mövqelərinə bənzəyirdi və onların təşkil etdiyi etirazlarda HƏMAS bayraqları və şüarları üstünlük təşkil edirdi.
Bəzi tədbirlər hökumətin etiraz qadağalarına qarşı çıxaraq, İsrail sərhədi yaxınlığında və ya xarici səfirliklərin, xüsusilə də İsrail və ABŞ səfirliklərinin qarşısında keçirilib. Bu hadisələr 11 aprel də daxil olmaqla təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara səbəb olub.

Məqalədə: #HƏMAS #İordaniya #İordaniya Kralı II Abdullah #İordaniya və HƏMAS münasibətləri #İordaniya İxvanı 2025 #İslami Əmək Cəbhəsi partiyası #İordaniya HƏMAS əlaqələri #Dövlət Təhlükəsizlik Məhkəməsi İordaniya #İxvan üzvlüyün dondurulması #İordaniyada İxvan böhranı #Amman HƏMAS dəstəyi #İordaniya hökuməti və İxvan münasibətləri #İordaniyada siyasi partiyaların fəaliyyəti #İordaniya daxili təhlükəsizlik #İxvan HƏMAS əlaqəsi #İordaniyada etirazlar və İxvan #HƏMAS-a dəstək verən partiyalar #İordaniyada islamçı partiyalar #İxvan siyasi ritorikası #İxvan partiyası və təhlükəsizlik məsələləri #İordaniya kral ailəsi və İxvan #İordaniya siyasi islahat planı #HƏMAS və İordaniya münasibətləri #İordaniyada partlayıcı anbarlar

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

4 Sentyabr 17:46
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.