13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib

4 May 2025 14:01
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib

Bakı. AzerVoice

Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib.

AzerVoice xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi landşafta malik olan bu regionun irsi ilə daha yaxından tanış olublar.

Səfər çərçivəsində ilk olaraq Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanın mənəvi-simvolik məkanlarından biri sayılan, dini-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Burada onlar “Damcıxana” və ziyarətgah ərazisində yerləşən müxtəlif müqəddəs yerlərlə tanış olub, ziyarətə gəlmiş yerli sakinlərlə səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.

Daha sonra Ordubad şəhərinə yola düşərək bir sıra tarixi, dini və mədəni obyektlərlə tanış olublar. İlk olaraq şəhərin simvollarından biri olan Ordubad Cümə Məscidi ziyarət edilib. Ardınca “Qeysəriyyə” Tarix-Diyarşünaslıq Muzeyində Ordubadın tarixi, mədəni irsi və sənətkarlıq ənənələrini əks etdirən eksponatlara baxış keçirilib.

Səfər Sərşəhər küçəsində yerləşən bir sıra mədəni abidələrin ziyarəti ilə davam edib. Leyla Əliyeva və Arzu Əliyeva tarixi baxımından əhəmiyyətə malik “Sərşəhər Məscidi” ilə tanış olublar.

Daha sonra Sərşəhər Meydanındakı orqanik bazarda Ordubadın özünəməxsus yerli məhsulları, müxtəlif növ milli şirniyyatlar, mürəbbələr, quru meyvələr, bitki ekstraktları, dərman bitkiləri, bal və arı məhsulları, həmçinin Ordubada məxsus qayğanaq və məşhur Ordubad limonu təqdim olunub. Həmçinin meydanda yerləşən və əsrlərlə yaşı olan qədim çinar ağacı Ordubadın təbiət və tarix vəhdətini əks etdirən rəmzlərdən biri kimi vurğulanıb. Gəzinti zamanı onlar meydan ərazisində yerli sakinlərlə xoş ünsiyyət qurub, xatirə şəkilləri çəkdiriblər.

Ardınca Leyla Əliyeva və Arzu Əliyeva Ordubad rayonunun Vənənd kəndində yaşayan Əkbərovlar ailəsinin qonağı olublar. Onlar ailənin limonçuluq üzrə fəaliyyət göstərən kiçik aqrotəsərrüfatına baş çəkib, burada xüsusi qulluqla yetişdirilən Ordubad limonu və onun becərilmə prosesi ilə yerində tanış olublar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib
Məqalədə: #Leyla Əliyeva #Arzu Əliyeva

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.