5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İran uranın zənginləşdirilməsinin dayandırılmasını rədd edib

26 May 2025 16:15
İran uranın zənginləşdirilməsinin dayandırılmasını rədd edib

BAKI, AzerVoice

İran, ABŞ-la nüvə razılaşması əldə etmək üçün uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağı qəbul etməyəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

Vaşinqton və Tehran arasında davam edən danışıqlar, İranın nüvə proqramı ətrafında onillərlə davam edən gərginliyi aradan qaldırmağı hədəfləyir. Lakin hər iki tərəf xüsusilə uran zənginləşdirilməsi məsələsində sərt mövqe nümayiş etdirir.

Bəqai, media orqanlarında yayılan və İranın üç il müddətinə zənginləşdirməni donduracağına dair iddiaları təkzib edib.

O, eyni zamanda ABŞ-la müvəqqəti nüvə razılaşması ehtimalını da rədd edərək, bu barədə yayılan xəbərləri əsassız adlandırıb və keçici razılaşmanın mümkün olmadığını vurğulayıb.

ABŞ prezidenti Donald Tramp isə bazar günü verdiyi açıqlamada, həftəsonu İran nümayəndə heyəti ilə “çox yaxşı” danışıqlar aparıldığını bildirib.

İran tərəfi isə danışıqların növbəti raundunun vaxtı ilə bağlı Omandan gələcək məlumatı gözlədiyini açıqlayıb.

Donald Tramp administrasiyası, İranın nüvə silahı istehsalı potensialını məhdudlaşdırmaq və bölgədə silahlanma yarışının qarşısını almaq istəyir. Xüsusilə İsrailin təhlükəsizliyi məsələsi ABŞ üçün əsas narahatlıq mənbəyidir.

Tehran isə nüvə proqramının yalnız mülki məqsədlərə xidmət etdiyini bildirir və İrana tətbiq olunan sanksiyaların, xüsusilə neft ixracı ilə bağlı embarqoların ləğvini istəyir.

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #İran-ABŞ münasibətləri #İranın nüvə proqramı #İsmayıl Bəqai #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran-ABŞ nüvə gərginliyi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.