6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Netanyahu İran nüvə obyektlərinə hücumla hədələyir – ABŞ-İran danışıqları fonunda gərginlik artır

Bu fikir ayrılığı son günlərdə yüksək səviyyəli israilli və amerikalı rəsmilər arasında bir sıra təcili görüşlərə səbəb olub.

28 May 2025 22:00
Netanyahu İran nüvə obyektlərinə hücumla hədələyir – ABŞ-İran danışıqları fonunda gərginlik artır

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

ABŞ prezidenti Donald Trampın administrasiyası İranla nüvə razılaşması üzrə danışıqlara başlasa da, İsrailin baş naziri Benyamin Netanyahu bu prosesi pozmaq üçün İranın əsas nüvə obyektlərinə hücum etməklə hədələyir.

Netanyahu ilə Tramp arasında ən azı bir dəfə “gərgin” telefon danışığı baş tutub. Söhbət əsasən İranın nüvə silahı istehsalının qarşısını almaq üçün hansı yolun daha effektiv olduğuna dair fikir ayrılıqlarından qaynaqlanıb. Bu fikir ayrılığı son günlərdə yüksək səviyyəli israilli və amerikalı rəsmilər arasında bir sıra təcili görüşlərə səbəb olub.

Məlumata görə, israilli rəsmilər narahatdır ki, Tramp administrasiyası İranla razılaşmaya bu qədər can atır ki, Tehranın uran zənginləşdirmə obyektlərini saxlamasına belə göz yuma bilər. Bu isə İsrail üçün “qırmızı xətt” hesab olunur. Xüsusilə, Tehrana bu obyektləri müvəqqəti də olsa saxlamağa imkan verən “keçid razılaşması” ehtimalı İsraildə narahatlıq doğurur.

ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsinə görə, İsrail İranı xəbərdarlıq etmədən 7 saatdan az müddətdə hücuma keçə bilər. İsrailli rəsmilər həmçinin amerikalı həmkarlarına bildiriblər ki, Netanyahu diplomatik razılaşma əldə olunsa belə, hücum əmrini verə bilər.

Məlumata görə, Netanyahu hökumətindəki Strateji Məsələlər üzrə nazir Ron Dermer və “Mossad” rəhbəri David Barnea bu məsələləri müzakirə etmək üçün Trampın xüsusi nümayəndəsi Steve Witkoff ilə əvvəlcə Romada, sonra isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe ilə Vaşinqtonda görüşüblər.

İsrail baş nazirinin ofisi bütün bunları təkzib edərək “saxta xəbər” adlandırıb.

Qeyd edək ki, ABŞ və İran arasında əsas mübahisə predmeti – Tehran uranı zənginləşdirmə obyektlərindən imtina etməyə razı deyil. ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem də bu həftə Netanyahuyla “çox açıq” söhbət apardığını və Trampın ona “birləşmiş mövqe saxlamağın və danışıqları davam etdirməyin vacibliyini çatdırmağı” tapşırdığını açıqlayıb.

Xatırladaq ki, bu ayın əvvəlində Yaxın Şərqə səfər edən Tramp İsrailə getməyib və bəzi bəyanatları İsraillə münasibətlərə dair etimadı sarsıdıb. Həm Tramp, həm də Netanyahu isə ABŞ-İsrail əlaqələrində ciddi gərginlik olduğu barədə iddiaları rədd ediblər.

Məqalədə: #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran və İsrail kəşfiyyat savaşı #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İran və İsrail arasında hərbi toqquşma riski #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #İran və İsrail münasibətləri #İsrail və İran arasında artan gərginlik #İsrailin İran meylli qüvvələrə hücum ehtimalı #İran və İsrail qarşıdurması #ABŞ-İran arasında nüvə danışıqları #İran-İsrail münasibətləri #İsrailin İran hücumu #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İran nüvə təhlükəsi #Tramp İran nüvə razılaşması #İsrail Suriyada İran təhlükəsi #İran və İsrailin ortaq narahatlığı #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri
İran

Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

27 Avqust 12:51
İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp
Digər Dövlətlər

İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

17 Avqust 22:20
60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?
İran

60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?

17 Avqust 18:53
Avstriya və Yunanıstan ABŞ-İran danışıqlarında vasitəçiliyə qoşulur
İran

Avstriya və Yunanıstan ABŞ-İran danışıqlarında vasitəçiliyə qoşulur

15 Avqust 14:09

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.