8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail ABŞ-ın təqdim etdiyi atəşkəs təklifini qəbul etdi

29 May 2025 19:59
İsrail ABŞ-ın təqdim etdiyi atəşkəs təklifini qəbul etdi

Foto: Reuters

BAKI, AzerVoice

İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağındakı atəşkəslə bağlı təqdim etdiyi yeni təklifi qəbul edib.

AzerVoice xəbər verir ki, bu barədə Axios portalı məlumat verib.

Məlumata görə, təklif İsrailin xeyrinə dəyişdirildiyi üçün HƏMAS bu vəziyyətdən narazıdır. Yeni plan çərçivəsində ABŞ müvəqqəti atəşkəsin daimi sülhə çevriləcəyinə dair hər hansı zəmanət vermir.

HƏMAS, ABŞ-ın yeni atəşkəs təklifini vasitəçilər vasitəsilə təhvil aldığını bildirib. Hərəkatdan verilən yazılı açıqlamada qeyd olunub ki, sənəd HƏMAS-ın aidiyyəti orqanları tərəfindən diqqətlə araşdırılır.

“Verəcəyimiz cavab, Qəzzadakı Fələstin xalqının mənafeyini qorumağa, humanitar yardımın çatdırılmasına və daimi atəşkəsin təmin olunmasına xidmət edəcək” - deyə, HƏMAS-ın verdiyi açıqlamda bildirilib.

HƏMAS, bölgədə ədalətli və hərtərəfli həll üçün bütün konstruktiv təşəbbüslərə açıq olduğunu da vurğulayıb.

Uitkoff isə, Ağ Evdə keçirilən tədbir zamanı bildirib ki, yeni sənəd üzərində iş tamamlanmaq üzrədir və yaxın zamanda təqdim olunacaq.

“Prezident [Donald Tramp] bu gün sənədi nəzərdən keçirəcək. Mən müvəqqəti atəşkəsin və uzunmüddətli həllin əldə olunacağına, bu münaqişənin sülh yolu ilə həllinə inanıram” - deyə, o bildirib.

Xatırladaq ki, bir gün əvvəl HƏMAS da Uitkoff ilə Qəzzada atəşkəs üçün ümumi çərçivə üzərində razılığa gəldiklərini açıqlamışdı.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #HƏMAS #atəşkəs #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.