8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Hİzbullah artıq Livana YÜKDÜR

"Onlar müqavimətin silahını ələ keçirə bilməzlər." "Silah yalnız silahı qorumaq üçündür." "Hizbullahın silahını almağa cəhd edənlərin əlini kəsəcəyik."

2 İyun 2025 12:00
Hİzbullah artıq Livana YÜKDÜR

BAKI, VOA Analitik Təhlil Mərkəzi

"Onlar müqavimətin silahını ələ keçirə bilməzlər." "Silah yalnız silahı qorumaq üçündür." "Hizbullahın silahını almağa cəhd edənlərin əlini kəsəcəyik."

Bu ifadələr son iyirmi ildə Hizbullahın baş katibi Həsən Nəsrullahın dəfələrlə səsləndirdiyi bəyanatlardır. Ancaq elə həmin iyirmi il ərzində məhz Hizbullahın silahları Livan üçün fəlakətlər gətirdi, təkcə Livanla da kifayətlənmədi, regionun siyasi və təhlükəsizlik balansını da alt-üst etdi. Nəsrullahın Qəzza ilə həmrəylik adına açdığı yeni döyüş cəbhəsi isə, nəticədə onun və hərbi-siyasi rəhbərliyinin hədəfə alınmasına, öldürülməsinə gətirib çıxardı.

Beynəlxalq ictimaiyyət, ərəb ölkələri və çoxsaylı livanlılar dəfələrlə vurğulayıblar ki, Livan qanunlarından kənarda fəaliyyət göstərən silahlı qruplar mövcud olduqca ölkənin dirçəlişi mümkün deyil. Son müharibədə İsrail qarşısında ağır məğlubiyyətə uğradıqdan sonra Hizbullah şərtsiz atəşkəsə razı oldu və BMT-nin 1701 və 1559 saylı qətnamələrinin icrasına faktiki şəkildə "bəli" dedi.
Bu, əslində Hizbullahın 43 ildən sonra siyasi partiyaya çevrilməyə, məzhəbçi silahlı qrup statusundan çıxmağa razılıq verməsi demək idi. Bu razılaşmanın reallaşmasında ən yaxın müttəfiqi – Livan parlamentinin sədri Nəbih Bərri əsas rol oynadı.

Lakin tarix təkrarlanır: Hizbullah 2006-cı ilin İyul müharibəsi başa çatandan sonra necə hərəkət edirdisə, indi də eyni davranır. Halbuki bölgədəki siyasi xəritə köklü şəkildə dəyişib. Partiyanın cənubda silahlarını təhvil verib, şimalda saxlamaq istəməsi əslində öz-özünü ittiham etməsidir. Bu o deməkdir ki, Hizbullah hələ də həmin silahı Livan xalqının üstünə tuşlamağa hazırdır. Məhz 2008-ci ilin may hadisələrində olduğu kimi, öz siyasi iradəsini zorla qəbul etdirmək üçün...

2006-cı ilin İyul müharibəsi dövründə parlament sədri Bərri, Saad Həriri hökumətini "müqavimət hökuməti" adlandırırdı. Müharibə başa çatan kimi və BMT-nin 1701 saylı qətnaməsi qəbul ediləndə, siyasi düşərgələrdə tərəf dəyişdirildi. Bu dəfə isə Həririni "satqın" elan edib hökumətini devirmək və Beyrutun mərkəzində mitinqlərlə hərəkətliliyi iflic etmək üçün kampaniya başlatdılar.

İllər ötdü, amma görünür, Hizbullahın siyasi təfəkkürü dəyişmədi. İndi hədəfdə Livanın yeni baş naziri, sabiq Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Nəvaf Salamdır. Salam vaxtilə İsrailin Fələstin ərazilərini uzun müddətdir işğal altında saxlamasını qanunsuz adlandırmışdı. Amma indi Hizbullah tərəfdarları onu "sionist" damğası ilə ləkələməyə çalışırlar.

Nəvaf Salam son müsahibəsində "İranın inqilab ixracı dövrü başa çatıb" deyib. Bu, əslində yeni fikir deyil. İranın regiondakı silahlı qolları ard-arda zərbələr alıb, Tehran rejiminin ən mühüm dəhlizi sayılan Bəşşar Əsəd hakimiyyəti belə ciddi zəifləyib. İranda öz xalqının aclıq və səfalət içində yaşamasına baxmayaraq, xarici müharibələrə və silahlı qruplaşmalara külli miqdarda sərvət xərclənməsi əleyhinə səslər yüksəlməkdədir. Hətta Xamenei də daxil olmaqla İran rəhbərliyi artıq ABŞ-la (Tehranın leksikonunda "böyük şeytan") danışıq masasına oturmaq məcburiyyətində qalıb. Bu reallıqlar fonunda İranın hegemonluq iddialarının çökdüyünü demək təəccüblü deyil.

Lakin Hizbullah parlament qrupunun rəhbəri Məhəmməd Rəd bu reallığı qəbul etmək əvəzinə, prezident Cozef Aunla görüşdən sonra Nəvaf Salama yönəlik "mən bu bəyanata şərh vermək istəmirəm" deməklə kifayətləndi. Amma əvəzində Hizbullahın media orqanları, o cümlədən "Əl-Mənar" telekanalı Salama qarşı həqarət və təhqir kampaniyasına başladı.

Görəsən, Məhəmməd Rəd və partiyası anlamırmı ki, belə kampaniyalar nə ölkədəki reallığı dəyişəcək, nə də Livanın taleyini xilas edəcək? Livanı ağır durumdan çıxarmağın yeganə yolu Hizbullah silahının təhvil verilməsidir. Partiyanın bu inadkarlığı və bəzi livanlı rəsmilərin vəziyyəti yüngülləşdirmək cəhdləri faydasızdır. Çünki qatar artıq hərəkətə keçib və heç kəsi gözləməyəcək. Livan xalqı öz mövqeyini seçməli, Livan rəhbərləri isə tarix və millət qarşısında məsuliyyət daşımalıdır.

Məqalədə: #İran #Beyrut #Hizbullah #İranda seçkilər #İran XİN #Hizbullah tərəfdarlarının etirazı #Beyrut hava limanı yollar bağlandı #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və İran gərginliyi #İsrail və Hizbullah qarşıdurması #İran-İraq-Suriya dəhlizi #HƏMAS və Hizbullah əlaqələri #Nəvaf Salam hökuməti #İran dini bürokratiyası #Beyrut hava limanı #Beyrut hava limanı etirazları #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Hizbullah və Qəzza həmrəyliyi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Nəvaf Salam #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Beyrut limanı ilə oxşarlıq

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.