9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Tramp və Putin arasında telefon danışığı olub (YENİLƏNİB)

4 İyun 2025 20:48
Tramp və Putin arasında telefon danışığı olub (YENİLƏNİB)

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

AzerVoice xəbər verir ki, bu haqda Trampın verdiyi məlumatda bildirilib.

Məlumata görə, Tramp Putinlə Ukraynanın Rusiya təyyarələrinə hücumunu müzakirə edib.

“Biz UkraynanınRusiya təyyarələrinə hücumunu və hər iki tərəfin həyata keçirdiyi bir sıra digər hücumları müzakirə etdik” - deyə, ABŞ Prezidenti bildirib. Onun sözlərinə görə, söhbət yaxşı keçib, amma Ukraynada sülhün əldə olunmasına gətirib çıxaracaq bir söhbət olmayıb.

Tramp həmçinin qeyd edib ki, telefon danışığı 1 saat 15 dəqiqə davam edib.

İki lider eyni zamanda İranın nüvə silahları sahəsindəki fəaliyyətlərini də müzakirə ediblər. ABŞ prezidenti bu məsələ ilə əlaqədar olaraq Tehranın ABŞ-ın təkliflərinə mümkün qədər tez cavab verməsini tələb edib.

"Putin ilə söhbətimdə İranın nüvə silahına sahib ola bilməyəcəyini açıq şəkildə ifadə etdim və bu mövzuda onunla ortaq mövqedə olduğumuzu düşündüyümü bildirdim. Putin, İranla bu məsələni müzakirə etməyə hazır olduğunu və bunun, bu problemin sürətlə həlli baxımından faydalı ola biləcəyini təklif etdi. İranın nüvə silahlarından imtina etməsi ilə bağlı qərar verməsi üçün vaxtın azalmaqda olduğunu vurğuladım. Bu qərar tezliklə qəbul edilməlidir." - deyə, o Truth Social sosial şəbəkəsində yazıb.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.