11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə texnologiya ixracatında mövqeyini gücləndirir

10 İyun 2025 12:00
Türkiyə texnologiya ixracatında mövqeyini gücləndirir

BAKI, AzerVoice

Türkiyə müdafiə sənayesindəki uğur modelini səhiyyə və kənd təsərrüfatı sektorlarına da yaymağı planlaşdırır.

AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri və AK Partiyanın Ankara millət vəkili Fuat Oktay, Türkiyənin müdafiə sənayesində əldə etdiyi texnoloji irəliləyişi səhiyyə və kənd təsərrüfatı başda olmaqla digər strateji sahələrə də yaymaq niyyətində olduğunu bildirib.

Londonda keçirilən Texnologiya Həftəsi çərçivəsində Türkiyə səfirliyində təşkil olunan qəbulda çıxış edən Oktay qeyd edib ki, Türkiyə artıq texnologiya ixrac edən və Avropa ilə yanaşı, İngiltərə kimi əsas ticarət tərəfdaşlarına ixracatını artıran bir ölkəyə çevrilib.

“Yüksək əlavə dəyərli məhsulların istehsalı və ixracı vasitəsilə güclənmək mümkündür. Müdafiə sənayesi bu sahədə uğurlu nümunədir. Bu sürəti indi səhiyyə, kənd təsərrüfatı və enerji sektorlarına da tətbiq etməyi hədəfləyirik,” – deyə Fuat Oktay vurğulayıb.

Oktay bildirib ki, müdafiə sahəsində formalaşan ekosistem prezidentin liderliyi və dövlət-özəl sektor əməkdaşlığı ilə həyata keçirilmiş uğurlu modeldir və bu model digər sahələrə də transfer edilə bilər. Xüsusilə səhiyyədə tibbi cihazlar, peyvənd və dərman texnologiyalarının inkişafında bu yanaşma tətbiq olunacaq.

“Bu uğurlar yalnız sektor daxili deyil, həm də Türkiyənin büdcə kəsirinin azaldılmasına xidmət edəcək,” – deyə o əlavə edib.

Fuat Oktay kənd təsərrüfatının da müdafiə sənayesi qədər strateji əhəmiyyət daşımağa başladığını və bu sahədə texnoloji startaplara böyük ehtiyac olduğunu vurğulayıb. Məqsədin yeni nəsil texnoloji təşəbbüslərlə Turcorn (texnoloji unicorn) şirkətlərini artırmaq olduğunu bildirib.

O, həmçinin bürokratik maneələrin azaldılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi ilə texnologiya ekosistemini gücləndirməyə çalışdıqlarını açıqlayıb.

Londonda keçirilən tədbirlər çərçivəsində viza problemlərinin də gündəmdə olduğunu qeyd edən Oktay, bu mövzuya yalnız hökumətlərarası deyil, vətəndaş cəmiyyəti səviyyəsində də həll yollarının axtarıldığını bildirib.

Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş da London Texnologiya Həftəsi çərçivəsində çıxış edərək qeyd edib ki, dünyada texnologiya sahəsində ciddi dönüş nöqtəsi yaşanır və bu yarışda geridə qalan ölkələrin texnoloji inkişafdan kənarda qalmaq riski var.

“Türkiyə texnoparkları və dövlət dəstəyi ilə güclü başlanğıc edib. London Texnologiya Həftəsində 100-dən çox türk nümayəndəsi texnologiya nəhəngləri ilə bir araya gəlib. Məqsəd Turcorn sayını artırmaq və qlobal bazarlara çıxışı genişləndirməkdir,” – deyə Ertaş bildirib.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #London #Fuat Oktay #kənd təsərrüfatı #səhiyyə xidməti #Türkiyənin kənd təsərrüfatı məhsulları #Büdcə kəsintiləri #kənd təsərrüfatı və ekosistem balansı

Mövzu üzrə digər xəbərlər

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir

07:43
İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45

Son Xəbərlər

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.