12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib

İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın paytaxtı Reykyavikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclasında və ilk hibrid dinləməsində videobağlantı vasitəsilə iştirak və çıxış edib.

12 İyun 2025 15:55
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib

BAKI,AzerVoice

İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın paytaxtı Reykyavikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclasında və ilk hibrid dinləməsində videobağlantı vasitəsilə iştirak və çıxış edib.

AzerVoice xəbər verir ki, Leyla Əliyeva çıxışı zamanı COP29-un ev sahibi Azərbaycanın bu sahədə atdığı addımlar, qazandığı təcrübə və həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, eyni zamanda, ictimai sağlamlıq baxımından da ciddi qlobal çağırışlardan biridir. O, ölkəmizdə su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlimə davamlılıq üzrə reallaşdırılan layihələrdən bəhs edib.

Leyla Əliyeva, həmçinin IDEA İctimai Birliyi tərəfindən irəli sürülən müxtəlif təşəbbüslərlə gənclərin iqlim və sağlamlıq mövzularında fəallığının artırılmasının vacibliyini qeyd edib və beynəlxalq təşkilatları bu istiqamətdə geniş əməkdaşlığa çağırıb.

Sonra tədbirdə çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi liderliyi və təşəbbüskarlığı yüksək qiymətləndirdiklərini bildirib. O vurğulayıb ki, Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə fəal mövqe tutur və nümunəvi yanaşmalar nümayiş etdirir. Hans Kluge, həmçinin iqlim dəyişikliyi və ictimai sağlamlıq sahələrində həyata keçirilən layihələrə verdiyi töhfələrə görə Leyla Əliyevaya təşəkkürünü ifadə edib.

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən yaradılan İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini diqqət mərkəzinə gətirmək, sahələrarası əməkdaşlığı gücləndirmək və bu istiqamətdə konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə Komissiya öz fəaliyyətinə rəsmən start verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #IDEA

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23

Son Xəbərlər

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
18:28
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubuna yeni zərbələr endirib
18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
18:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.