12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Yaxın Şərqdə Müharibə: İran–İsrail Qarşıdurmasının Mümkün Ssenariləri

HƏMAS-ın həyata keçirdiyi "Əqsa Tufanı" əməliyyatını İsrail öz varlığına qarşı təhdid kimi təqdim edərək, “müqavimət oxuna” qarşı genişmiqyaslı hücumlar üçün zəmin hazırladı.

18 İyun 2025 09:00
Yaxın Şərqdə Müharibə: İran–İsrail Qarşıdurmasının Mümkün Ssenariləri

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrailin İrana qarşı başladığı hərbi müdaxilə, onun bölgədə 1967-ci il müharibəsindəki kimi tək dominant güc statusunu yenidən qazanmaq cəhdidir. Bu müharibə, xüsusilə "Əqsa tufanı" əməliyyatı ilə sarsılan İsrail cəmiyyətinin dövlətinə olan etimadını bərpa etməyə və beynəlxalq arenada zəifləyən nüfuzunu gücləndirməyə yönəlib.

İsrailin zəifləməsi, İranın yüksəlişi

1990-cı illərin əvvəlindən başlayaraq İsrailin regional rolu azalmağa başlamışdı. Bu prosesə təsir edən əsas amillər bunlardır: Sovet İttifaqının dağılması, Fələstinlə sülh prosesinin başlaması və ABŞ-ın Səddam Hüseynin ordusunu Küveytdən çıxarması. Həmin dövrdə İsrailin hərbi müdaxilə imkanı da məhdudlaşdırılmışdı.

Lakin İsrailin zəifləməsinin əsas səbəbi, ABŞ-ın 2003-cü ildə İraqdakı rejimi devirməsi və nəticədə İranın bu ölkədəki nüfuzunun artması oldu. İran, İraqda və digər ərəb ölkələrində şiə milisləri və siyasi qolları vasitəsilə güclü təsir sahəsi qazandı. Bu nüfuz təkcə ərəb ölkələri ilə müqayisədə deyil, Türkiyə və İsrailə qarşı da İranı ən aktiv regional oyunçuya çevirdi.

İranın öz gücünü səhv dəyərləndirməsi

İran hakimiyyəti öz gücünü və əhatə dairəsini həddən artıq şişirtmişdi. Onlar ABŞ və İsraili zəifləyən güclər kimi görür, öz nüvə və raket proqramlarını, regiondakı milislərlə təsir dairəsini artıraraq regiona hökm etməyə çalışırdı. Lakin bu yanaşma reallıqdan uzaq idi. Müasir müharibədə əsas rol oynayan texnologiya, iqtisadiyyat və beynəlxalq müttəfiqlik sahəsində İran olduqca geridə qalırdı.

Bundan başqa, İranın bölgədə yaratdığı gərginlik – xüsusilə Fars Körfəzi ölkələri ilə münasibətlərdə – ona qarşı düşmənçilik mühiti yaratdı. İranın “Amerikaya ölüm” və “İsrailə ölüm” kimi şüarları fonunda, əslində ABŞ-ın Əfqanıstan və İraq işğallarında iştirak etmiş və Suriyada Əsəd rejimini müdafiə etmişdi. Bu isə onun “müqavimət” və “Fələstin davası” adı altında yürütməyə çalışdığı ideoloji örtüyü tamamilə ifşa etdi.

“Əqsa Tufanı”: ABŞ-İsrail–İran əməkdaşlığının sonu

HƏMAS-ın həyata keçirdiyi "Əqsa Tufanı" əməliyyatını İsrail öz varlığına qarşı təhdid kimi təqdim edərək, “müqavimət oxuna” qarşı genişmiqyaslı hücumlar üçün zəmin hazırladı. Məqsəd isə yalnız İranın nüvə və raket imkanlarını yox etmək deyil, onun regional təsir gücünü tamamilə məhv etmək və gələcəkdə rejimin süqutuna şərait yaratmaqdır.

Uzunmüddətli Müharibə ehtimalları və mümkün nəticələr

İsrailin bu müharibədəki məqsədləri birdən çoxdur:
İranın nüvə proqramını tamamilə məhv etmək
Ballistik raket imkanlarını sıradan çıxarmaq
Livan, Yəmən və İraqdakı şiə milislərinə hərbi və maliyyə yardımını kəsmək
Nəhayət, İran rejimini zəiflədib son nəticədə süquta yaxınlaşdırmaq

Lakin bu məqsədlərin həyata keçməsi ABŞ-ın mövqeyindən asılıdır. İsrailin qərarları strateji baxımdan ABŞ tərəfindən təsdiqlənməsə, istənilən nəticəyə çatmaq çətin olacaq.

İran isə ilk dəfədir ki, İsrail ilə birbaşa hərbi qarşıdurmaya girib. Əvvəllər sadəcə regional milis qrupları ilə dolayı şəkildə İsrailə təzyiq göstərirdi. İndi isə vəziyyət fərqlidir – çünki bu qarşıdurma İran rejiminin mövcudluğunu müəyyən edə bilər.

Hər iki tərəfin üstünlükləri və zəiflikləri

İsrailin texnoloji, kəşfiyyat və hava gücü üstünlüyü aydın görünür. İranın isə geniş ərazi, böyük əhali və təbii resursları olsa da, bunlar birbaşa hərbi üstünlük kimi çıxış edə bilmir. İsrailin dəstəkləndiyi beynəlxalq alyans – xüsusilə ABŞ – ona strateji üstünlük verir. İranın isə bu səviyyədə heç bir müttəfiqi yoxdur – nə Rusiya, nə də Çin onu hərbi baxımdan açıq şəkildə müdafiə edir.
Bu gün İsrail və İran arasındakı qarşıdurma sıfır məbləğli oyundur. Hər iki tərəf, qarşı tərəfin tam məğlubiyyəti ilə nəticələnməyən heç bir kompromisi qəbul etməyəcək. İsrail Netanyahunun rəhbərliyində bu fürsəti qaçırmaq istəmir. İran isə 45 illik İslam Respublikası rejiminin legitimliyini bu savaşda qorumağa çalışır.

Sonda bu müharibənin taleyi iki əsas faktora bağlıdır:
Hansı tərəf daha tez “yorulacaq” və daxili ictimai təzyiqlərlə geri çəkiləcək
ABŞ-ın bu münaqişəyə hansı formada müdaxilə edəcəyi – siyasi təzyiq, diplomatik razılaşma, yoxsa hərbi dəstək

Məqalədə: #Türkiyə #İsrail #İran #Küveyt #ABŞ #HƏMAS #Suriya #Hizbullah #Yaxın Şərq #Bəşər Əsəd #Səddam Hüseyn #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və İran gərginliyi #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #İsrail hücumları #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #Hizbullah və İsrail döyüşləri #HƏMAS-ın mövqeyi #İran və İsrail kəşfiyyat savaşı #HƏMAS İsrail münaqişəsi #İsrail və İran arasında artan gərginlik #HƏMAS və İsrail münaqişəsi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #Hizbullah və İran əlaqəsi #Əqsa Tufanı əməliyyatı #İsrail HƏMAS liderlərini necə öldürdü #İsrail İran hücumu 2025 #İran İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.