4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil edilib.

23 İyun 2025 16:58
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib

BAKI,AzerVoice

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil edilib.

AzerVoice xəbər verir ki, məzun günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, nailiyyətləri qeyd etmək məqsədilə keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, bu təşəbbüs sosial və maddi çətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindən irəli gəlir. Bu cəsarətli addım təhsilin gücünə və qadının inkişafına inamın bariz nümunəsidir. Təhsil alan gənc qızların qazandığı uğurlar gələcək nəsillərə nümunədir. Bu gün onların qazandığı uğurlar sabahın cəmiyyətini formalaşdıracaq. Bu yolda gələcəyimiz onların əlindədir.

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, qızların, qadınların təhsilə cəlb olunması əhəmiyyətli məsələdir: “Müxtəlif tədqiqatların nəticələri anaların təhsilli olmasının gələcək nəslin daha savadlı, hazırlıqlı və sosial cəhətdən fəal formalaşmasında mühüm rol oynadığını təsdiqləyir. Qadınların təhsil sisteminin bütün pillələrində geniş təmsil olunması yalnız gender bərabərliyinə deyil, ümumilikdə cəmiyyətin intellektual və sosial inkişafına xidmət edir. Bu baxımdan, gənc qızların təhsilinə yönəlik layihələrin və təqaüd proqramlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır”.

Nazir, həmçinin vurğulayıb ki, belə təşəbbüslər xeyriyyəçilik ənənələrinin müasir dövrdə yenidən canlandırılmasına və cəmiyyətin sosial məsuliyyət hissinin güclənməsinə şərait yaradır. Cəmiyyətin inkişaf səviyyəsi onun qadın üzvlərinin intellektual və sosial inkişafından birbaşa asılıdır. Güclü qadınların mövcudluğu kişilərin zəifliyi deyil, əksinə, bütövlükdə cəmiyyətin güclənməsi deməkdir. Bu baxımdan, həm dövlət, həm də özəl sektorun əməkdaşlıq çərçivəsində təhsilə dəstək göstərməsi vacibdir.

Əlavə olaraq, nazir bu kimi layihələrin regionlarda yaşayan qızların təhsilə çıxış imkanlarını artırmaqla sosial bərabərsizliyin aradan qaldırılmasına da töhfə verəcəyini bildirib. O, təhsil sahəsində inklüzivliyin təmin olunmasının uzunmüddətli milli inkişaf strategiyasının əsas sütunlarından biri olduğunu qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, Fondun təşkilatçılığı ilə reallaşdırılan “Gənc qızların təhsilinə dəstək” proqramı artıq dörd ildir ki, icra olunmaqdadır: “Bu müddət ərzində layihə çərçivəsində təxminən 350 sosial həssas qrupdan olan gənc qız ali təhsil müəssisələrində təhsil alma imkanı əldə edib. Əsas məqsəd sosial bərabərliyi təşviq etmək və aztəminatlı ailələrdən olan qızların ali təhsilə çıxışını genişləndirməkdir. Bu təşəbbüs gənc qadınların cəmiyyətə inteqrasiyasını və peşəkar inkişafını dəstəkləyir. Eyni zamanda, Fondun həyata keçirdiyi digər bir təşəbbüs – “Parla” təqaüd və inkişaf proqramına 2023–2025-ci illəri əhatə edən dövrdə ümumilikdə 1465 müraciət daxil olub, onlardan yalnız 100 nəfər proqramdan faydalanmaq imkanı qazanıb. Seçilənlər arasında 5 nəfər şəhid ailəsi üzvü, şəhid yoldaşıdır. Hazırda 14 nəfər proqram məzunu var və onlardan 4-ü artıq işlə təmin olunub”.

E.Nəsibov, həmçinin vurğulayıb ki, Fondun icra etdiyi bu cür sosial yönümlü təşəbbüslərdə özəl sektorun dəstəyi mühüm rol oynayır.

Sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu olduğunu vurğulayaraq göstərilən dəstəyə görə Dövlət Komitəsinə, həmçinin Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

Tədbirdə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində məzun olan qızlar mükafatlandırılıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib
Məqalədə: #Elm və Təhsil Nazirliyi #Heydər Əliyev Fondu #Emin Əmrullayev #Leyla Əliyeva #Ailə qadın və uşaq məsələləri komitəsi

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.