13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Hizbullah döyüş qərarını dövlətə həvalə edir

Bu çıxış Hizbullahın öz səlahiyyətlərini Livan dövlətinə tabe etdiyini ilk dəfə açıq şəkildə etiraf etməsi ilə diqqət çəkdi.

27 İyun 2025 17:17
Hizbullah döyüş qərarını dövlətə həvalə edir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

Livanın ən güclü hərbi-siyasi aktorlarından biri sayılan Hizbullah, İsraillə son müharibədəki ağır itkilərdən sonra yeni bir siyasi və hərbi yanaşmaya keçid edir. Partiyanın baş katibinin müavini, şeyx Naim Qasim bildirib ki, “artıq müharibə qərarı Livan dövlətinin qərarından asılı olacaq”. Bu bəyanat Hizbullahın uzun illər davam edən müstəqil hərbi qərarvermə təcrübəsindən geri çəkildiyinə dair mühüm siqnal sayılır.

Qasimin çıxışında bildirilir ki, “əgər Livan dövləti İsrailə qarşı güc yolu ilə çıxmaq qərarı verərsə, biz sərhəddə döyüşməyə hazırıq”. Onun sözlərinə görə, təşkilat İsrailin genişlənməçi planlarına qarşı durmaqdan çəkinməyəcək, lakin bu, artıq təkbaşına verilən qərar olmayacaq.

Bu çıxış Hizbullahın öz səlahiyyətlərini Livan dövlətinə tabe etdiyini ilk dəfə açıq şəkildə etiraf etməsi ilə diqqət çəkdi. Əvvəllər təşkilat müharibə və sülh qərarlarını müstəqil şəkildə, Livan ordusu və hökumətindən kənarda verirdi. Bu isə beynəlxalq və daxili səviyyədə sərt tənqidlərə səbəb olurdu.

2024-cü ilin sentyabr müharibəsi və sarsıntı

İsraillə 2024-cü ilin sentyabrında başlayan son müharibə 4000-dən çox insanın ölümünə və 17 minə yaxın insanın yaralanmasına səbəb olub. Bu müharibədə Hizbullah həm yüksək səviyyəli komandirlərini itirib, həm də cənubdakı hərbi infrastrukturunun böyük hissəsi dağıdılıb. Bu, təşkilatın hərbi gücünü və liderliyini ciddi sınaq qarşısında qoydu.

İyun ayında İsrail və İran arasında baş verən birbaşa hərbi qarşıdurmada Hizbullahın susması isə ictimaiyyətdə geniş suallar doğurdu. Bəziləri bunu təşkilatın zəifliyi, bəziləri isə dövlətin müdaxiləsi ilə izah edir. Belə görünür ki, Hizbullah artıq təkbaşına hərbi münaqişəyə girməyə çəkinir və rəsmi Livanın iradəsi ilə hərəkət etməyə üstünlük verir.

İsrailin cavabı və son hava zərbələri

Hizbullahın bu ehtiyatlı ritorikasına baxmayaraq, İsrail ordusu cümə günü Hizbullahın cənub Livanda yenidən qurmağa çalışdığı mövqelərə aviazərbələr endirib. İddia olunur ki, bu obyektlər partlayıcı idarəetmə və müdafiə sistemləri ilə bağlı olub və daha əvvəlki hücumlarla sıradan çıxarılmışdı. İsrail ordusu bu obyektlərin bərpasını Livanla əldə olunmuş razılaşmaların pozulması kimi qiymətləndirib və gələcəkdə bu cür təşəbbüslərə sərt cavab veriləcəyini bildirib.

Bundan əlavə, son günlərdə İsrailin zərbələri nəticəsində Hizbullahın iki döyüşçüsü, o cümlədən Radvan qüvvələrinin rəhbərlərindən biri öldürülüb. İsrail həmçinin Hizbullahla əlaqəli olduğu iddia edilən maliyyə şəbəkəsinin rəhbərinin də öldürüldüyünü açıqlayıb.

Yeni reallıq və gələcək ehtimallar

Analitiklərə görə, Hizbullahın son bəyanatları təşkilatın döyüş strategiyasının yenidən nəzərdən keçirildiyini göstərir. Bu həm də Livan dövlətinin, az da olsa, Hizbullah üzərində nəzarət imkanlarının artdığını ortaya qoyur. Bununla belə, təşkilatın tam şəkildə silahlı fəaliyyətdən çəkildiyini söyləmək tezdir.

Hizbullah hələ də İsrailə qarşı sərt ritorikadan istifadə edir. Lakin siyasi və hərbi risklər, eləcə də ictimai dəstəyin zəifləməsi onun gələcəkdə daha ehtiyatlı və dövlətlə uzlaşdırılmış şəkildə hərəkət etməsinə səbəb ola bilər.

Məqalədə: #Hizbullah #Naim Qasim #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Hizbullah liderinin dəfni #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.