6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyədə Peyğəmbərə hörmətsizlik edən Leman jurnalına cinayət işi açıldı: 4 nəfər barəsində həbs qərarı

Ədliyyə naziri Tunç: Heç bir azadlıq inancı alçaltmaq haqqını vermir

1 İyul 2025 09:45
Türkiyədə Peyğəmbərə hörmətsizlik edən Leman jurnalına cinayət işi açıldı: 4 nəfər barəsində həbs qərarı

BAKI, AzerVoice

Türkiyədə məşhur “Leman” adlı satirik jurnalın 26 iyun tarixli buraxılışında Hz. Məhəmməd peyğəmbərin təhqiramiz təsvirinə yer verilməsi böyük ictimai qınağa səbəb olub. AzerVoice Jurnal barəsində "dini dəyərləri açıq-aşkar aşağılama" ittihamı ilə İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb və məsələ ilə bağlı 4 nəfər barəsində həbs qərarı verilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, karikaturanı çəkən şəxs – D.P. adlı rəssam təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Prokurorluq, eyni zamanda jurnalın müvafiq buraxılışının topladılması və sosial media hesablarına girişin məhdudlaşdırılması üçün tədbirlər başladıldığını açıqlayıb.

Jurnal binası qarşısında aksiya keçilib

Sözügedən karikatura sosial şəbəkələrdə yayıldıqdan sonra axşam saatlarında bir qrup insan İstanbulun Beyoğlu rayonunda yerləşən “Leman” jurnalının redaksiyasının önünə toplaşaraq etiraz aksiyası keçirib. Bəzi etirazçılar polis səddini yararaq ofisə daxil olublar.

Ədliyyə naziri Tunç: Heç bir azadlıq inancı alçaltmaq haqqını vermir

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da hadisəyə münasibət bildirib. O qeyd edib ki, jurnalın bu hərəkəti Türk Cəza Məcəlləsinin 216-cı maddəsi çərçivəsində “dini dəyərləri alçaltma” cinayəti olaraq qiymətləndirilib.
“Peyğəmbərimizin karikaturalaşdırılması nəinki dini dəyərlərimizə, həm də ictimai barışa ciddi zərər verir. Milyonlarla müsəlmanın inancını ayaq altına atan bu təxribatçı addıma qarşı hüquqi tədbirlər dərhal görüləcək.”-deyə nazir vurğulayıb.

Həbs qərarı kimlərə şamil olunub?

Prokurorluq tərəfindən verilən açıqlamaya görə, həbs qərarı karikatura müəllifi ilə yanaşı, jurnalın 2 baş redaktoru və məsul yazı işləri müdiri olmaqla cəmi 4 nəfəri əhatə edir.

Leman jurnalından açıqlama
Jurnal redaksiyası yayımladığı açıqlamada karikaturada Peyğəmbər təsvirinin olmadığını və bu vəziyyətin qəsdən təhrif edildiyini bildirib:
“Bizi bu şəkildə günahlandırmaq üçün çox pis niyyətli olmaq lazımdır. Rəsmdəki şəxsin Hz. Məhəmməd olmadığını açıq şəkildə bəyan edirik. Karikatura, İsrail tərəfindən öldürülən bir müsəlmanı simvolizə edir və zülmə qarşı müqaviməti əks etdirir.”

Jurnal həmçinin qeyd edib ki, daha əvvəl Fələstin Xüsusi Sayıları, Mavi Marmara qətliamı və digər vicdanı mövzularda yüzlərlə dəstək karikaturası yayımlayıblar və “vicdan və inancımızı sual altına alma haqqınız yoxdur” deyə vurğulayıblar.

Məqalədə: #İstanbul Baş Prokurorluğu #İstanbul Respublika Baş Prokurorluğu #Leman jurnalı #Peyğəmbər karikaturası #Türkiyə dini dəyərlər #Karikatura qalmaqalı #İstanbul prokurorluğu #Dini dəyərlərin alçaldılması #Satirik jurnal təhqiri #Məhəmməd peyğəmbərin təsviri #Azadlıq və təhqir #Cinayət işi Türkiyə #Sosial media senzurası #Leman etirazı #İstanbul Beyoğlu etirazı #Hz. Məhəmməd karikaturası

Mövzu üzrə digər xəbərlər

“Ahbap” istintaqında 4-cü əməliyyat dalğası: 13 nəfər saxlanılıb
Türkiyə

“Ahbap” istintaqında 4-cü əməliyyat dalğası: 13 nəfər saxlanılıb

27 İyul 10:59
Haluk Levent barəsində saxlanılma qərarı verildi
Türkiyə

Haluk Levent barəsində saxlanılma qərarı verildi

12 İyul 17:04
İstanbulda baş verən terror aktı ilə əlaqədar saxlanılan üç şübhəli həbs edilib
Türkiyə

İstanbulda baş verən terror aktı ilə əlaqədar saxlanılan üç şübhəli həbs edilib

13 Aprel 17:12
Türkiyədə 13 şəhərdə əməliyyat: 19 nəfər saxlanılıb
Türkiyə

Türkiyədə 13 şəhərdə əməliyyat: 19 nəfər saxlanılıb

6 Aprel 11:42

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.