4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Xankəndidə Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub (FOTO)

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub.

4 İyul 2025 17:06
Xankəndidə Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub (FOTO)

Bakı. AzerVoice

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü olub.

AzerVoice xəbər verir ki, dövlət başçıları söhbət zamanı Azərbaycanla İranın dost, qonşu, qardaş ölkələr olduqlarını vurğulayaraq, ölkələrimiz arasında mədəni, etiqad, ənənələr, etnik baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd etdilər.

Dövlətimizin başçısı dəvəti qəbul edib İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakına görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkürünü bildirdi, onun bu səfərinin və keçirilən görüşün Azərbaycan-İran ikitərəfli əlaqələrinin, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi.

Məsud Pezeşkianın bu ilin aprelində ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın rəhbərləri və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl surətdə işlərin aparıldığını qeyd etdi.

Dövlətimizin başçısı İsraillə İran arasında qarşıdurmanın baş verməsindən dərhal sonra İrana qarşı olan bu hərəkətlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən qınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına başsağlığını çatdırdı, Azərbaycan dövlətinin və xalqının İran dövləti və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə haqq-ədalətin tərəfdarı olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, müsəlman ölkələri, o cümlədən qonşu dövlətlər ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil edilməsini və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün ölkəmizdə keçiriləcəyini vurğulayan dövlətimizin başçısı bütün bunları İslam dünyası tərəfindən ölkəmizə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirdi.

İran İslam Respublikasının Prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.

Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.

İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Xankəndidə Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub (FOTO) Xankəndidə Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub (FOTO) Xankəndidə Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub (FOTO)
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

15:21
Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

09:19
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Rəsmi Xronika

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

3 Sentyabr 11:25
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb
Rəsmi Xronika

Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

3 Sentyabr 11:18

Son Xəbərlər

Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.