5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

HƏMAS Qətərin Qəzza ilə bağlı planını yenidən nəzərdən keçirməyə hazırdır

HƏMAS, Qətər tərəfindən yanvar ayında təklif olunmuş İsrailin Qəzza zolağından çıxarılması planına qayıtmağa və bəzi kiçik güzəştlərə getməyə hazırdır.

13 İyul 2025 18:29
HƏMAS Qətərin Qəzza ilə bağlı planını yenidən nəzərdən keçirməyə hazırdır

BAKI, AzerVoice

HƏMAS, Qətər tərəfindən yanvar ayında təklif olunmuş İsrailin Qəzza zolağından çıxarılması planına qayıtmağa və bəzi kiçik güzəştlərə getməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Dohada keçirilən məsləhətləşmələr zamanı HƏMAS nümayəndələri Qətərin təqdim etdiyi, İsrail ordusunun Qəzza zolağından çıxmasını nəzərdə tutan sənədin müzakirəsinə yenidən qayıtmağa razılıq veriblər. Bu sənədə əsasən, İsrail hərbi qüvvələri Fələstin ərazisinin sərhədindən təxminən 700 metr geri çəkilməli, bəzi bölgələrdə isə bu məsafə 400 metr olmalıdır.

Mənbələrin bildirdiyinə görə, HƏMAS bu planın bəzi bəndlərinin düzəldilməsində çeviklik göstərməyə hazırdır. Lakin HƏMAS "Moraq oxu" adlanan və Rəfah ilə Xan-Yunis şəhərləri arasında Qəzza zolağını şərqdən qərbə keçən bölgədə İsrail qoşunlarının qalmasına tamamilə qarşı çıxır. HƏMAS rəhbərliyi hesab edir ki, bu ərazidə İsrail hərbçilərinin qalması təxminən 400 min fələstinlinin Rəfaha qayıtmasına mane olacaq.

Qeyd edək ki, iyulun 6-da HƏMAS və İsrail, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada atəşkəsin əldə olunması və Qəzzada saxlanılan israilli girovların azad edilməsi üzrə danışıqlara yenidən başlayıb. İyulun 8-də Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, danışıqlar hələ başlamayıb və vasitəçilər HƏMAS və İsrail nümayəndələri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və gələcək müzakirələrin çərçivəsini müəyyən etmək məqsədilə ilkin məsləhətləşmələr aparırlar. Onun sözlərinə görə, Qəzzada atəşkəslə bağlı razılıq əldə etmək vaxt tələb edəcək.

Məqalədə: #İsrail #Qəzza zolağı #Qətər #HƏMAS #Doha #İsrail ordusu #danışıqlar #İsrail-HƏMAS danışıqları

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.