11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə İsrailin Dəməşqə hücumunu sərt şəkildə qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyaya hücumlarını qətiyyətlə pisləyib.Nazirlik bəyan edib ki, bu hücumlar Suriyada sülh, sabitlik və təhlükəsizlik səylərinə qarşı təxribat xarakteri daşıyır.

16 İyul 2025 17:10
Türkiyə İsrailin Dəməşqə hücumunu sərt şəkildə qınayıb

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyaya hücumlarını qətiyyətlə pisləyib.

AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubuna və paytaxt Dəməşqə endirdiyi hücumları sərt şəkildə qınayıb.
Nazirlik bəyan edib ki, bu hücumlar Suriyada sülh, sabitlik və təhlükəsizlik səylərinə qarşı təxribat xarakteri daşıyır.

“İsrailin Dəməşqin mərkəzinə, o cümlədən Prezident Sarayı və Baş Qərargah qərargahını hədəfə alması Suriyanın sabitliyə doğru atdığı addımlara qarşı bir sabotaj cəhdidir. Suriya xalqı sülh içində yaşamaq və dünya ilə inteqrasiya etmək üçün tarixi fürsət qarşısındadır. Bu prosesi dəstəkləyən bütün tərəflər Suriya administrasiyasının bu istiqamətdə atdığı addımlara töhfə verməlidir”. - deyə bəyanatda qeyd olunub.

İsrailin hücumlarına münasibət bildirən AK Partiya sədr müavini və sözçüsü Ömər Çelik də məsələ ilə bağlı mövqeyini açıqlayıb. Sosial media üzərindən paylaşım edən Çelik,

“İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları şiddətlə qınayırıq. Bu hücumlar yalnız Suriyanın deyil, bütövlükdə regionun və dünyanın təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir. Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik”- deyə qeyd edib.

Qeyd edək ki, İsrail mediası İsrail ordusunun Dəməşqdə Prezident Sarayı və Baş Qərargah binasını hədəfə aldığını bildirib. Hücumun miqyası və nəticələri ilə bağlı rəsmi təsdiq hələlik verilməyib.

Məqalədə: #Türkiyə #Türkiyə Xarici İşlər Nazirliyi #Suriya #Ömer Çelik #Dəməşq #İsrail Türkiyə gərginliyi #İsrail Suriya siyasəti

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.