6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Netanyahu və İsrail ordusu barbarlıqda Hitleri geridə qoyub - Ərdoğan

İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətləri və İsrail Müdafiə Ordusunun Qəzza zolağındakı fəaliyyəti Hitlerin cinayətlərini belə geridə qoyub.

22 İyul 2025 21:48
Netanyahu və İsrail ordusu barbarlıqda Hitleri geridə qoyub - Ərdoğan

BAKI, AzerVoice

İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətləri və İsrail Müdafiə Ordusunun Qəzza zolağındakı fəaliyyəti Hitlerin cinayətlərini belə geridə qoyub.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "X" sosial şəbəkəsində yazıb.

"Netanyahu və onun qatillər şəbəkəsi barbarlıqda artıq Hitleri də keçib. Avropada Holokost zamanı belə Qəzzadakı kimi qeyri-insani mənzərələr olmamışdı" – deyə, paylaşımda qeyd olunub.

Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa və aclıqdan kütləvi şəkildə həlak olan fələstinlilərlə bağlı tədbir görməyə çağırıb.

Bundan əvvəl HƏMAS bildirmişdi ki, Qəzza zolağında yaşayan 2 milyondan çox insana blokada səbəbindən ölüm təhlükəsi yaranıb. İsrail ordusunun sözçüsü Avixay Edri isə HƏMAS-ın bu ittihamlarını rədd edib və bildirib ki, radikallar KİV vasitəsilə “məğlub HƏMAS-ın qalıqlarını xilas etmək üçün dezinformasiya yayırlar”.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də HƏMAS-ın Qəzza zolağından İsrail ərazisinə daxil olması ilə kəskinləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və anklava, eləcə də Livan və Suriyanın bəzi bölgələrinə zərbələr endirməyə başlayıb.

Bu il martın 2-dən etibarən İsrailin qərarı ilə Qəzza zolağına beynəlxalq humanitar yardım daxil olmur və bütün keçid məntəqələri bağlıdır.

Mayın 18-də İsrail ordusu Qəzzanın şimal və cənub bölgələrində “Gideonun Arabaları” adlı genişmiqyaslı quru əməliyyatına başladığını elan edib. Əməliyyatın məqsədi HƏMAS-ı tamamilə məhv etmək və Qəzzada saxlanılan bütün israilli girovları azad etmək kimi göstərilib. Netanyahu bəyan edib ki, əməliyyatın sonunda İsrail ordusu Qəzza zolağının bütün ərazisinə nəzarət etməyi planlaşdırır.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #Adolf Hitler #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #AFAD Qəzzaya humanitar yardım #Avixay Edri

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.