11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ərdoğan və Əl Tani-nin iştirakı ilə Türkiyə–Qətər arasında 12 saziş imzalanıb

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani-nin iştirakı ilə müxtəlif sahələrdə anlaşmalar və Yüksək Strateji Komitənin 11-ci Toplantısına dair Birgə Bəyanat imzalanıb. Türkiyə ilə Qətər arasında müxtəlif sahələr üzrə anlaşmalar imzalanıb. Əmirlik Divanında keçirilən təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 11-ci iclasına sədrlik ediblər.

22 Oktyabr 2025 15:36
Ərdoğan və Əl Tani-nin iştirakı ilə Türkiyə–Qətər arasında 12 saziş imzalanıb

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Əmir Şeyx Təmim bin Həməd Al Tani-nin iştirakı ilə müxtəlif sahələrdə anlaşmalar və Yüksək Strateji Komitənin 11-ci Toplantısına dair Birgə Bəyanat imzalanıb.

AzerVoice xəbər verir ki, Türkiyə ilə Qətər arasında müxtəlif sahələr üzrə anlaşmalar imzalanıb.

Əmirlik Divanında keçirilən təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 11-ci iclasına sədrlik ediblər.

Toplantıdan sonra Ərdoğan və Əmir Al Tani-nin iştirakı ilə iki ölkə arasında bir sıra razılaşmaların imzalanma mərasimi baş tutub.

“Türkiyə Respublikası və Qətər Dövləti arasında Yüksək Strateji Komitənin On Birinci Toplantısına dair Birgə Bəyanat” Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Qətərin Baş naziri, eyni zamanda Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Abdurrahman Əl Tani tərəfindən imzalanıb.

“Türkiyə Prezident Aparatının Strateji və Büdcə İdarəsi ilə Qətər Dövləti Hökuməti arasında Strateji İnkişaf Planlamasının Müxtəlif Sahələrində Əməkdaşlıq və Təcrübə Mübadiləsinə dair Anlaşma Memorandumu” Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, Ticarət Naziri Ömər Bolat və Qətər Milli Planlaşdırma Şurasının Baş katibi Əbdüləziz bin Nasir Əl Xəlifə tərəfindən imzalanıb.

“Ticarət Nazirliyi ilə Qətər Ticarət və Sənaye Nazirliyi arasında Birgə Nazirlər Bəyanatı”na isə Türkiyənin Ticarət Naziri Ömər Bolat və Qətərin Ticarət və Sənaye Naziri Şeyx Faysal bin Tani Əl Sani imza atıblar.

“Müdafiə Sənayesi Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu”nu isə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün və Qətərin Baş nazir müavini, Müdafiə Naziri Şeyx Saud bin Abdurrahman bin Həsən bin Əli Al Sani imzalayıb.

Görüşlərdə enerji, ticarət, müdafiə sənayesi, logistika və texnoloji əməkdaşlıq kimi sahələrdə əlaqələrin daha da genişləndirilməsi razılaşdırılıb. Tərəflər qarşılıqlı investisiya təşəbbüslərinin artırılması və regionda birgə layihələrin reallaşdırılması ilə bağlı da fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan, danışıqlardan sonra Əmir Şeyx Təmim bin Həməd Al Tani tərəfindən şərəfinə verilən rəsmi axşam yeməyinə qatılıb. Tədbir Lusail sarayında keçirilib və mətbuata qapalı olub.

Qətərdəki görüşlərini başa vuran Prezident Rəcəb Tayyib Ərdoğan, Əmirin dəvəti ilə başladığı səfərini tamamlayaraq Oman Sultanlığına yola düşüb.

Prezidenti Hamad Beynəlxalq Hava Limanından Qətərin baş nazir müavini və müdafiə naziri Şeyx Saud bin Abdurrahman bin Həsən bin Əli Al Tani, eləcə də Türkiyənin Dohadakı səfiri Mustafa Göksu və digər rəsmi şəxslər yola salıblar.

Ərdoğanla birlikdə birinci xanım Əminə Ərdoğan, eləcə də nazirlər və yüksəkvəzifəli nümayəndələr — Hakan Fidan, Alparslan Bayraktar, Mehmet Şimşek, Yaşar Güler, Mehmet Fatih Kaçır, Ömər Bolat, İbrahim Kalın, Burhaneddin Duran və digər rəsmi şəxslər də səfərdə iştirak ediblər.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkiyə Ticarət Nazirliyi #Ömər Bolat #Hakan Fidan #Qətər #Haluk Görgün #Mehmet Şimşek #Türkiyə Maliyyə və Xəzinə Nazirliyi #Şeyx Təmim bin Həməd Əl Tani

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06

Son Xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.