13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov noyabrın 15-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündə iştirak edib.

17 Noyabr 2025 19:23
Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov noyabrın 15-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündə iştirak edib.

AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "X" hesabında paylaşım edib.

O xatırladıb ki, görüş, Mərkəzi Asiya Dövlətləri Başçıları Məsləhətləşmə Toplantısına hazırlıq məqsədini daşıyırdı və bu toplantıda Azərbaycan formatın tamhüquqlu iştirakçısı oldu.

Ayxan Hacızadə Ceyhun Bayramovun rəsmi bəyanatında əsas məqamları qeyd edib:

Azərbaycan qardaş Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir.
Ölkələrimizi tarixi və mədəni bağlar, ortaq inkişaf hədəfləri və regionumuzda sülh, sabitlik və rifah üçün ortaq baxış birləşdirir.
Daimi yüksək səviyyəli təmaslar etimadı gücləndirir və müttəfiq, strateji tərəfdaşlığımızı daha da yüksəldir.
Aktiv siyasi və iqtisadi dialoq, hökumətlərarası komissiyalar və yüksək səviyyəli şuralar prioritetlərin müəyyənləşdirilməsində və konkret nəticələrin əldə olunmasında mühüm rol oynayır.
“Orta Dəhliz” və Azərbaycanın liman, dəmiryolu və avtomobil infrastrukturlarına böyük investisiyaları əlaqəliliyin təmin edilməsində əhəmiyyətli rol oynayır.
Vaşinqtonda Azərbaycan Respublikasının əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi barədə əldə olunan son razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək.
Energetika sektorunda, o cümlədən neft-qaz və yaşıl enerji sahəsində əhatəli əməkdaşlıq.
Qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması və biznesdən-biznesə əlaqələrin gücləndirilməsi, o cümlədən regional və şəhər səviyyəsində tərəfdaşlıqların əhəmiyyəti.
Azərbaycan xalqlarımız arasında dostluğu möhkəmləndirmək məqsədilə mədəni və təhsil sahəsində, akademik proqramlarda və gənclər əməkdaşlığında dərinləşmiş əməkdaşlığa sadiqdir.
İnstitusional əməkdaşlıq formatlarının daha da gücləndirilməsi və beynəlxalq təşkilatlarda mövqelərin koordinasiya edilməsinin vacibliyi.
Azərbaycan Mərkəzi Asiya tərəfdaşları ilə sülhü, tərəfdaşlığı və regionumuzun davamlı, firavan gələcəyini inkişaf etdirmək üçün əməkdaşlığa sadiqdir.

Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib Ayxan Hacızadə Ceyhun Bayramovun Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşündəki bəyanatına dair paylaşım edib
Məqalədə: #Özbəkistan #Azərbaycan XİN #Ceyhun Bayramov #Ayxan Hacızadə #Daşkənd #Mərkəzi Asiya Dövlətləri Xarici İşlər Nazirləri Görüşü #Mərkəzi Asiya Dövlətləri Başçıları Məsləhətləşmə Toplantısı

Mövzu üzrə digər xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.