6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Nigeriyada girov götürülən şagirdlərin sayı 300-ü keçib

Nigeriyanın şimal-mərkəzində yerləşən Niger ştatında katolik məktəbinə silahlı hücum zamanı qaçırılan şagirdlərin sayı 300-ü keçib. Xristianlar Assosiasiyasının (CAN) yerli şöbəsi hücum zamanı ümumilikdə 303 məktəbli və 12 müəllimin girov götürüldüyünü açıqlayıb.

22 Noyabr 2025 21:40
Nigeriyada girov götürülən şagirdlərin sayı 300-ü keçib

Bakı,AzerVoice, Orxan Qədirzadə

Nigeriyanın şimal-mərkəzində yerləşən Niger ştatında katolik məktəbinə silahlı hücum zamanı qaçırılan şagirdlərin sayı 300-ü keçib.

AzerVoice xəbər verir ki, Xristianlar Assosiasiyasının (CAN) yerli şöbəsi hücum zamanı ümumilikdə 303 məktəbli və 12 müəllimin girov götürüldüyünü açıqlayıb.

Assosiasiyanın Niger ştatı üzrə sədri, Yepiskop Bulus Dauva Yohanna bildirib ki, qaçırılanlar arasında 10-18 yaş arası həm oğlan, həm də qız şagirdlər var. Hücum zamanı qaçmağa cəhd edən 88 şagirdin də silahlı şəxslər tərəfindən tutulduğu bildirilir.

Hadisə Niger ştatının Papiri icmasında yerləşən St. Mary’s Katolik Məktəbində baş verib. Hücum eyni bölgədə yerləşən Kebbi ştatında 25 məktəblinin qaçırılmasından cəmi dörd gün sonra qeydə alınıb.

Hazırda heç bir silahlı qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib. Yerli hakimiyyət orqanları bildiriblər ki, girovların azad edilməsi üçün xüsusi təyinatlı dəstələr və yerli ovçular əməliyyata cəlb olunub.

Yepiskop Yohanna ştat rəhbərliyinin məktəbin dərslərə başladığı barədə bəyanatını əsassız adlandırıb.

“Biz heç bir rəsmi bildiriş almamışıq. Bu, məsuliyyətdən yayınmaq cəhdidir.”-yepiskop deyib.

O, ailələri sakit olmağa və təmkinli davranmağa çağırıb.

Mütəxəssislər bildirirlər ki, ölkədə silahlı qruplar məktəbləri "strateji hədəf" kimi görür və kütləvi qaçırmalar vasitəsilə diqqət toplamağa çalışırlar.

UNICEF-in məlumatına görə, Nigeriyanın silahlı qarşıdurmaların yaşandığı 10 ştatında məktəblərin yalnız 37 faizində təhlükə barədə erkən xəbərdarlıq sistemi mövcuddur.

Məqalədə: #UNICEF #Xristianlar Assosiasiyası (CAN) #Yepiskop Bulus Dauva Yohanna #Niger ştatının Papiri icması #St. Mary’s Katolik Məktəbi #Nigeriyada şagird oğurluğu

Mövzu üzrə digər xəbərlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
2024-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində 170-dən çox fələstinli uşaq öldürülüb - UNICEF
Digər Dövlətlər

2024-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində 170-dən çox fələstinli uşaq öldürülüb - UNICEF

12 Avqust 18:23
İşğal altındakı İordan çayının qərb sahili “qırılma nöqtəsindədir” - BMT
Digər Xəbərlər

İşğal altındakı İordan çayının qərb sahili “qırılma nöqtəsindədir” - BMT

11 Avqust 23:35
Atəşkəsdən bəri Qəzzada hər gün orta hesabla bir uşaq həlak olub - BMT
Digər Xəbərlər

Atəşkəsdən bəri Qəzzada hər gün orta hesabla bir uşaq həlak olub - BMT

6 Avqust 18:04

Son Xəbərlər

Məclis Körfəz ölkələrinin sosial həyatında mühüm yer tutur
Məclis Körfəz ölkələrinin sosial həyatında mühüm yer tutur
11:31
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.