6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Suriya ilə razılaşma üçün bufer zona yaradılmalıdır - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İsraillə Suriya arasında mümkün razılaşmanın əldə edilə biləcəyini və Dəməşqdən başlayaraq Hərmon dağının ətəklərinədək uzanan demilitarizasiya olunmuş təhlükəsizlik zolağının yaradılmasını gözlədiyini bildirib.

2 Dekabr 2025 19:56
Suriya ilə razılaşma üçün bufer zona yaradılmalıdır - Netanyahu

Bakı, AzerVoice, Orxan Qədirzadə

İsrailin Baş naziri Benyamin Netanyahu İsraillə Suriya arasında mümkün razılaşmanın əldə edilə biləcəyini və Dəməşqdən başlayaraq Hərmon dağının ətəklərinədək uzanan demilitarizasiya olunmuş təhlükəsizlik zolağının yaradılmasını gözlədiyini bildirib.

AzerVoice xəbər verir ki, Netanyahu bu barədə ABŞ Prezidenti Donald Trampın İsraillə Suriya arasında “güclü və səmimi dialoqun” vacibliyini vurğulamasından bir gün sonra, Suriyada yaralanan İsrail əsgərləri ilə görüşü zamanı bildirib.

Tramp administrasiyası iki ölkə arasında qarşılıqlı hücuma yol verməmək haqqında saziş imzalanması üçün çalışır.

Suriya rəsmi olaraq İsraili tanımır və 2024-cü ilin dekabrından etibarən İsrail tərəfindən daha geniş ərazilər işğal edilib. İsrail 1967-ci il müharibəsində Suriyanın Qolan təpələrini ələ keçirmiş və daha sonra bu ərazini ilhaq etmişdi. Bu addım ABŞ tərəfindən tanınsa da, digər ölkələrin əksəriyyəti tərəfindən tanınmayıb.

“Bizim Suriyadan gözləntimiz odur ki, Dəməşqdən Hermon dağının ətəklərinədək demilitarizə olunmuş təhlükəsizlik zolağı yaradılsın. Bu əraziləri İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün nəzarətdə saxlayırıq və bu, bizim öhdəliyimizdir.” - nazir deyib.

Vaşinqton Suriyanın yeni rəhbəri Əhməd Əl-Şəranı dəstəkləsə də, İsrail onun keçmişdə bəzi islamçı qruplarla əlaqələrinə görə ehtiyatla yanaşır. Bununla belə, tərəflər mümkün saziş istiqamətində danışıqları davam etdirir.

Ötən cümə günü İsrail ordusunun Suriyanın cənubunda keçirdiyi hava əməliyyatı nəticəsində 13 nəfər həlak olmuşdu. İsrail ordusu həmin bölgədə Livan mənşəli islamçı silahlı qruplaşmanı hədəf aldığını açıqlamışdı.

Məqalədə: #Netanyahu: İsraillə Suriya arasında razılaşma mümkündür #İsrail Suriyadan təhlükəsizlik zolağı gözləyir – Netanyahu #Netanyahu Suriyada demilitarizasiya tələbinin detalları açıqladı #Tramp dəstək verir: İsrail-Suriya dialoqunda yeni mərhələ #İsrail-Suriya münasibətlərində dönüş nöqtəsi: Netanyahu danışdı #Netanyahu Suriyadan təhlükəsizlik zolağı yaradılmasını tələb edir #İsrail və Suriya arasında mümkün saziş – Netanyahu danışdı #Netanyahu: İsrail vətəndaşlarının təhlükəsizliyi bizim öhdəliyimizdir #Suriya ilə razılaşma mümkündür – İsrail Baş naziri #Regionda yeni reallıq: İsrail və Suriya arasında dialoq genişlənir

Mövzu üzrə digər xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

13:56
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

12:00
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
İslam və Tarix

Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani

11:07

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.