10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

6 May 2026 19:29
Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

BAKI.VOA

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

VOA xəbər verir ki, Prezident köməkçiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin fəaliyyəti ilə maraqlanıb, məhsul və xidmətləri ilə tanış olublar.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev qonaqlara məlumat verib ki, builki sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendlə çıxış edir. Nazirliyin stendində aqrar sahədə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, innovativ texnologiya və layihələr, rəqəmsal həllər, müasir soyutma sistemləri və avadanlıqları, çiləyici və multispektral dronlar, azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların kənd təsərrüfatı məhsulları, heyvandarlıq və bitkiçilik məhsulları, arıçılıq məhsulları, startap təşəbbüsləri və regionlarda həyata keçirilən aqrar biznes festivalları nümayiş olunur.

Kənd Təsərrüfatı Nazirliyinin stendində aqrar sahədə innovasiya və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrə də xüsusi yer ayrılıb. “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihələri çərçivəsində müxtəlif universitetlərin tələbələri və aqrar startapçılar öz innovativ həlləri, texnoloji məhsulları və prototipləri ilə çıxış ediblər. Nazirliyin stendində, həmçinin işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlar subyektlərinə icarəyə verilməsi ilə bağlı investisiya müsabiqələri, torpaqların konsolidasiyası ilə bağlı pilot layihə, eləcə də regionlarda təşkil olunan aqrar biznes festivalları və məhsul festivalları barədə məlumatlar da təqdim olunub.

Qonaqlar sərginin regionların təmsil olunduğu bölməsində Masallı və Naxçıvanda istehsal olunan məhsullar, “İvanovka Aqropark” ASC tərəfindən sərgilənən müxtəlif növ çörəklər, qablaşdırılmış taxıl məhsulları, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən nümayiş olunan nar və nar məhsulları, eləcə də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən dəstəklənən qadın sahibkarların hazırladığı yerli məhsullar ilə tanış olublar.

Bildirilib ki, “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” konsepti əsasında təşkil olunan təqdimatlar və məlumatlandırma sessiyalarında fermerlərə və sahibkarlara aqrar sahədə mövcud subsidiya, kredit, sığorta, məşğulluq, su təminatı, qida təhlükəsizliyi və biznesin inkişafı istiqamətində təqdim edilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də təqdim olunur.

Qeyd edək ki, “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri mayın 8-də öz işini yekunlaşdıracaq.

Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar Prezident köməkçiləri Şahmar Mövsümov və Xalid Əhədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
Məqalədə: #Azərbaycan #innovasiya #KəndTəsərrüfatı #CaspianAgro2026 #InterFoodAzerbaijan #Süniİntellekt #SmartAgro #AqrarBiznes #QidaTəhlükəsizliyi #RəqəmsalTransformasiya

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49

Son Xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
18:58
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
18:53
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
18:50
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.