10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Qəzzada daha öncə təhlükəsiz elan etdiyi əraziyə hücum edəcək

22 İyul 2024 13:03
İsrail Qəzzada daha öncə təhlükəsiz elan etdiyi əraziyə hücum edəcək

Bakı, AzerVoice

İsrail oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağında daha əvvəl "təhlükəsiz" elan etdiyi bölgədə "əməliyyat aparılacağını" açıqlayıb və fələstinlilərin dərhal ərazini boşaltmasını tələb edib.

AzerVoice xəbər verir ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial mediada verdiyi açıqlamada, Xan Yunus şəhərinin şərqində Qəzzanın daha əvvəl təhlükəsiz bölgə elan etdiyi bəzi yerlərdə "əməliyyat aparılacağını" bildirib və sakinlərin təxliyyəsinə çağırıb.

İsrailin "təhlükəsiz zona" olaraq elan etdiyi ərazini daraldacağını və bəzilərinə hücum edəcəyini bildirən Adraee, fələstinlilərdən "dərhal və müvəqqəti" Əl-Məvasiyə getmələrini istəyib.

Onu da deyək ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee iyulun 1-də verdiyi açıqlamada fələstinlilərdən "təhlükəsizlikləri üçün" Xan Yunis şəhərinin şərqindəki əraziləri təcili olaraq boşaltmağı tələb etmişdi.

İsrail qüvvələri Xan Yunisin şərq bölgələrində didərgin düşmüş fələstinlilərə səs yazısı göndərərək bölgənin "təhlükəli qarşıdurma zonası" olduğunu iddia edərək fələstinlilərin təxliyəsini istədi.

İsrail ordusunun 13 iyulda Qəzza zolağında Xan Yunus şəhərinin qərbində yerləşən və daha əvvəl "təhlükəsiz" olduğu iddia edilən Əl-Məvasi bölgəsində döyüş təyyarələri ilə həyata keçirdiyi şiddətli bombardman nəticəsində yarısı qadın və uşaq olmaqla 90 fələstinli həyatını itirib.

İsrail Qəzzada daha öncə təhlükəsiz elan etdiyi əraziyə hücum edəcək
Məqalədə: #Qəzza #İsrail #Fələstin

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.