6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Fələstinliləri ölkəmizə deportasiya cəhdi müharibə elanıdır - İordaniya XİN

6 Sentyabr 2024 14:29
İsrailin Fələstinliləri ölkəmizə deportasiya cəhdi müharibə elanıdır - İordaniya XİN

Bakı, AzerVoice

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi İsrailin işğal altında olan İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdini “müharibə elanı” kimi qiymətləndirəcəklərini bildirib.

AzerVoice xəbər verir ki, bu haqda Safedi rəsmi təmaslar üçün Əmmana gələn alman həmkarı Annalena Baerbock ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

İsrailin Qüdsdəki müqəddəs yerlərə basqınları ilə bağlı məhkəməyə müraciət edilməsi üçün İordaniyanın lazımi hüquqi sənədləri hazırladığını bildirən Safedi, bu sənədlərin hansı orqana təqdim ediləcəyi barədə məlumat verməyib.

Safadi vurğulayıb ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdi “müharibə elanı” kimi qiymətləndiriləcək.

İordan çayının qərb sahili və bütün bölgə savaş bölgəsinə çevrilməmiş beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağıran Safedi, bölgədəki vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün atılacaq ilk addımın Fələstin torpaqlarına edilən hücumların dərhal dayandırılması olduğunu deyib.

HƏMAS və İsrail arasında birbaşa olmayan danışıqlara gəlincə, İordaniya xarici işlər naziri İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyini dəyişdirərək və yeni şərtlər irəli sürərək danışıqları pozduğunu bildirib.

Almaniyanın xarici işlər naziri Baerbok çıxışında İsrail hökumətindəki nazirlərin Qüdsdəki müqəddəs yerlərlə bağlı bəyanat və hərəkətlərini pisləyib və bunların mövcud gərginliyi daha da artırdığını bildirib.

Almaniyanın İsrailə silah satışını niyə dayandırmadığı sualına isə Baerbok, "Silah ixracı ilə bağlı sərt siyasət izləyirik və bu mövzuda qərarlıyıq. İsrailə ixrac etdiyimiz silahlar müharibə silahı deyil" deyib.

Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətin Livan və İrana sirayət etməsindən danışan Baerbok vurğuladı ki, “Orta və Yaxın Şərq əsl fəlakət astanasındadır və bu kontekstdə regionda daimi sülhün və iki dövlətli həll yolu həyata keçirilməsi vacibdir."

Məqalədə: #İsrail #Fələstin #İordaniya #Ayman əs-Safedi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.