4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ Pakistanlı şəxsi husilərə silah qaçaqmalçılığı etməkdə ittiham edir

6 İyun 2025 18:18
ABŞ Pakistanlı şəxsi husilərə silah qaçaqmalçılığı etməkdə ittiham edir

BAKI, AzerVoice

ABŞ Donanmasının Xüsusi Əməliyyatlar Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həbs olunan bir Pakistanlı, Yəməndəki husilərə silah qaçaqmalçılığı etməkdə ittiham olunur.

AzerVoice-un məlumatına görə, 49 yaşlı Məhəmməd Bəhlevan, ötən ilin yanvar ayında dənizdə həyata keçirilən əməliyyat nəticəsində ABŞ tərəfindən həbs edilən dörd nəfərdən biri idi. Bu əməliyyat zamanı iki ABŞ hərbi qulluqçusu həlak olmuşdu.

Virciniya ştatında keçirilən məhkəmədə federal hakim, Bəhlevanı terrorçulara maddi dəstək vermək, İranın nüvə silahı proqramını dəstəkləmək və partlayıcı maddələrin daşınması üçün sui-qəsd etməkdə günahkar hesab etdi.

Məhkəmə qərarı sentyabrın 22-də veriləcək. O, ən ağır ittihamlar üzrə 20 il həbs cəzası ilə üzləşir.

Məhkəmə sənədlərinə əsasən, Bəhlevan, SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) ilə əlaqəli iki iranlı qardaşla birgə, İranın silahlarını Husilərə çatdırırdı.

O, ABŞ Xüsusi Əməliyyatlar Qüvvələrinin üzvlərinin gəmiyə minməsi zamanı həmin gəminin kapitanı idi.

Gəmidə, husilərin ticarət gəmiləri və ABŞ hərbi gəmilərinə hücumlar zamanı istifadə etdiyi raketlərin bənzəri olan İran istehsalı olan balistik raketlər və “Kruiz” tipli gəmi əleyhinə raketlər aşkar edilib.

Qeyd edək ki, husilər, 10 ildən artıq müddətdir Yəmənin geniş hissələsini işğal ediblər və 2023-cü ilin noyabr ayında, İsrail ilə HƏMAS arasındakı müharibənin başlamasından bir neçə həftə sonra, Qırmızı Dəniz və Ədən Körfəzində gəmiləri hədəf almağa başladılar.

Onlar İsrailə aid olduğu iddia edilən gəmilərə hücumlar həyata keçirərək, bunların Qəzza və Fələstin xalqına dəstək məqsədilə olduğunu vurğulamışdılar.

Ötən il yanvarın 11-də keçirilən əməliyyatda isə ABŞ-ın elit qüvvələrinin iki üzvü itkin düşüb və onlardan heç bir iz tapılmadığı üçün öldükləri elan edilib.

Məqalədə: #İsrail #İran #Fələstin #Qəzza zolağı #ABŞ #HƏMAS #Qırmızı dəniz #Husilər #Ədən körfəzi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32

Son Xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.