8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ-ın İrana hücumu qəbuledilməzdir - Araqçi

İran Xarici İşlər Naziri Seyid Abbas Araqçi, ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladaraq, Vaşinqtonun İranın nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə Müqaviləni (NPT) pozduğunu bildirib.

22 İyun 2025 13:06
ABŞ-ın İrana hücumu qəbuledilməzdir - Araqçi

BAKI, AzerVoice

İran Xarici İşlər Naziri Seyid Abbas Araqçi, ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladaraq, Vaşinqtonun İranın nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə Müqaviləni (NPT) pozduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Araqçinin verdiyi açıqlamada deyilir.

"Bu səhər baş verənlər qəbuledilməzdir və qalıcı nəticələrə səbəb olacaq. BMT-nin hər bir üzvü bu cinayətə qarşı diqqətli olmalıdır" - deyə, Araqçi vurğulayıb.

O həmçinin bildirib ki, Tehran BMT Nizamnaməsi və qanuni müdafiə hüququna əsaslanaraq suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün variantları açıq saxlayır.

Araqçi, həmçinin Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas və Böyük Britaniyanın baş naziri Kir Starmerin Tehranın danışıqlar masasına qayıtmağına dair çağırışlarına cavab olaraq açıqlama verib.

“Böyük Britaniya və Aİ-nin nümayəndələrinə görə danışıqlar masasına qayıtmalı olan tərəf İrandır. İran heç vaxt tərk etmədiyi danışıqlar masasına necə geri qayıda bilər? Halbuki o yer artıq məhv edilib” - deyə, o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-ə keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı uğurlu hücum həyata keçirdiyini açıqlamışdı. O, həmçinin İranı İsrail ilə münaqişəni dayandırmağa çağırmışdı.

Məqalədə: #İran #BMT #ABŞ #Böyük Britaniya #Avropa İttifaqı (Aİ) #hava hücumu #Kir Starmer #İran Xarici İşlər Nazirliyi #Kaya Kallas #Seyid Abbas Araqçi #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.