13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin İranın Gilan vilayətinə hücumu nəticəsində 9 nəfər ölüb

İsrailin İranın şimalında yerləşən Gilan vilayətinə hücumu nəticəsində 9 nəfər həlak olub, 33 nəfər yaralanıb.

24 İyun 2025 10:17
İsrailin İranın Gilan vilayətinə hücumu nəticəsində 9 nəfər ölüb

BAKI, AzerVoice

İsrailin İranın şimalında yerləşən Gilan vilayətinə hücumu nəticəsində 9 nəfər həlak olub, 33 nəfər yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə vilayət hakimiyyətinin yaydığı rəsmi bəyanatda bildirilib.

Məlumata görə, hücum nəticəsində dörd yaşayış binası tamamilə dağılıb, ətrafdakı çoxsaylı evlər də partlayışlardan zərər görüb.

“Bu hücum nəticəsində doqquz dinc sakin həlak olub, 33 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb” - deyə, bəyanatda qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

İyunun 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müvəqqəti atəşkəs elan edib.

Trampın sözlərinə görə, əvvəlcə – razılaşmanın qüvvəyə minməsindən 6 saat sonra – İran hücumlarını dayandıracaq, 12-ci saatda isə İsrail. 24 saatdan sonra isə bütün dünya “12 günlük müharibənin” rəsmi olaraq bitməsini qeyd edəcək.

İranın dövlət televiziyası da İsrail və İran arasında atəşkəsin başladığını bildirmişdi.

“Sionist rejimlə atəşkəs İranın işğal altındakı ərazilərə qarşı dörd mərhələdən ibarət zərbələrindən sonra qüvvəyə minib” – deyə, kanal X sosial şəbəkəsində qeyd edib.

Məqalədə: #İsrail #İran #İsrail-İran münaqişəsi #İsrail İran hücumu #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraq

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb

10:17
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05

Son Xəbərlər

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.