11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livanın sabitliyi üçün silahsızlaşdırma vacibdir - ABŞ nümayəndəsi Barak

ABŞ diplomatı Barak Livanda silahsızlaşdırma təşəbbüslərini müzakirə edir.

8 İyul 2025 15:35
Livanın sabitliyi üçün silahsızlaşdırma vacibdir - ABŞ nümayəndəsi Barak

BAKI, AzerVoice

ABŞ diplomatı Barak Livanda silahsızlaşdırma təşəbbüslərini müzakirə edir.

AzerVoice xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Livanda diplomatik təmaslarını davam etdirir.

O, Beyrutda Livan Qüvvələr Partiyasının lideri Semir Caca ilə görüşərək ölkədə qeyri-qanuni silahların toplanması məsələsini müzakirə edib.

ABŞ-ın Beyrutdakı səfiri Liza Consonun da iştirak etdiyi görüşdə Caca bildirib ki, istər fələstinli, istərsə də livanlı qrupların əlindəki qeyri-qanuni silahların toplanması Livan dövlətinin tələbidir və bu, ölkədə real dövlət institutlarının qurulmasına xidmət edəcək.

Caca vurğulayıb ki, “Livanın əsl dövlət olaraq formalaşması üçün qeyri-legitim hərbi və təhlükəsizlik strukturlarının tamamilə ləğv olunması zəruridir”.

Semir Caca iyunun 28-də verdiyi bəyanatda da qeyd etmişdi ki, silahlar təhvil verildikdən sonra Livan dövləti güclənəcək və İsrailin cənubdan çəkilməsi, hücumların dayandırılması üçün zəmin yaranacaq.

Tom Barak səfər çərçivəsində Livan Prezidenti Mişel Avn, parlament sədri Nebih Berri, baş nazir Nevvaf Selam və xarici işlər naziri Yusuf Recci ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərin mərkəzində bölgədəki gərginlik, Hizbullahın silahlanması və regional təhlükəsizlik məsələləri olub.

Qeyd edək ki, ABŞ və Qərb ölkələri uzun müddətdir Livanda Hizbullahın silahlı qanadının ləğv olunması və bütün silahların dövlət nəzarətinə verilməsini dəstəkləyir. Bu məsələ Livan daxilində də siyasi qütbləşməyə səbəb olan əsas mövzulardan biridir.

Məqalədə: #ABŞ #Livan #Hizbullah #Hizbullahın silahsızlaşdırılması #Livanda Hizbullahın silahsızlaşdırılması #Livanda silahsızlaşdırma prosesi #Tomas Barak Suriya üzrə nümayəndə #Livan silahsızlaşdırma

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır

07:49
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.