5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada atəşkəs danışıqları müsbət irəliləyir - Qətər

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qəzzada müharibəyə son qoyacaq atəşkəs razılaşması üçün vasitəçilik səylərinin intensivləşdiyini və danışıqların müsbət istiqamətdə davam etdiyini açıqlayıb.

8 İyul 2025 17:29
Qəzzada atəşkəs danışıqları müsbət irəliləyir - Qətər

BAKI, AzerVoice

Qəzzada atəşkəs danışıqları müsbət irəliləyir – razılaşma yaxın görünür.

AzerVoice xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qəzzada müharibəyə son qoyacaq atəşkəs razılaşması üçün vasitəçilik səylərinin intensivləşdiyini və danışıqların müsbət istiqamətdə davam etdiyini açıqlayıb.

Doha şəhərində keçirilən mətbuat konfransında Ənsari bildirib ki, hazırda İsrail və HƏMAS nümayəndə heyətləri Qətərdədir və hər iki tərəflə ayrıca görüşlər keçirilir. Vasitəçilərin məqsədi – Qəzza zolağında müharibəni dayandıracaq razılaşmanı təmin etməkdir.

Ənsari qeyd edib ki, danışıqlar razılaşmanın ümumi çərçivəsi üzərində aparılır və təfərrüat mərhələsinə hələ keçilməyib. O, danışıqların məzmununun mətbuata sızdırılmasını məsuliyyətsiz davranış kimi dəyərləndirib və yekun nəticə üçün dəqiq vaxt verməyin mümkün olmadığını əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzada 60 günlük atəşkəs üçün əsas şərtləri qəbul etdiyini açıqlayıb. Danışıqlarda vasitəçilik edən Qətər və Misir HƏMAS-a “son təklif” təqdim edəcək. HƏMAS təklifi “müsbət” qiymətləndirdiyini və razılaşma üçün dialoqa hazır olduğunu bildirib.

İsrail tərəfi isə bəzi düzəlişlərin qəbuledilməz olduğunu bildirsə də, danışıqları davam etdirmək üçün nümayəndə heyətini Dohaya göndərib.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Misir #Qətər #Donald Tramp #HƏMAS #İsrail ordusu #atəşkəs danışıqları #İsrailin Qəzza siyasəti

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.