5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada hər üç nəfərdən biri günlərdir yemək yemir - BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katib müavini və Təcili Yardım Koordinatoru Tom Fletcher Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib.

28 İyul 2025 12:20
Qəzzada hər üç nəfərdən biri günlərdir yemək yemir - BMT

BAKI, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katib müavini və Təcili Yardım Koordinatoru Tom Fletcher Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Fletcherin yazılı açıqlamasında qeyd olunub ki, Qəzzada hər 3 nəfərdən biri günlərdir yemək yeməyib. O, beynəlxalq ictimaiyyəti humanitar yardımların dərhal və maneəsiz çatdırılması və davamlı atəşkəsin təmin edilməsi üçün təcili tədbirlər görməyə çağırıb.

"Yardımlar nə gecikdirilməli, nə də hücumlara məruz qalmalıdır. Yardım almağa çalışan insanlar vurulur, uşaqlar isə gözümüzün önündə aclıqdan əriməyə başlayır", – deyə Fletcher vurğulayıb.

İsrailin hücumları və blokadası altındakı Qəzzada fəlakət səviyyəsində aclıq və səhiyyə böhranı yaşanır. Fletcher qeyd edib ki, yardım karvanlarının sərhədlərdən sürətli keçidi təmin edilməli və yardım gözləyən insanlara hücumlar dərhal dayandırılmalıdır.

BMT rəsmisi, İsrailin Qəzzaya humanitar yardım girişinə dair bəzi addımlar atacağını bəyan etməsinə münasibət bildirərək əlavə edib ki, bölgədəki aclıq və böhranı aradan qaldırmaq üçün böyük həcmdə yardıma ehtiyac var.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya davam edən hücumları nəticəsində ən azı 59.821 fələstinli həyatını itirib, 144.851 nəfər isə yaralanıb.

Bölgədə su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin ciddi çatışmazlığı hökm sürür. Xüsusilə uşaqlar arasında aclıq və xəstəlik səbəbilə ölüm halları artmaqdadır.

Yerindən edilən fələstinlilərin sayı artıq 2 milyona yaxınlaşır, insanlar dərmə-deşik çadırlarda, həddən artıq sıx məkanlarda gigiyenik şəraitdən məhrum halda yaşayır.

İsrail ordusu isə gündəlik bombardmanlarla bu insanların sığındığı mülki əraziləri və çadır düşərgələrini hədəf almağa davam edir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #BMT #BMT Ümumdünya Ərzaq Proqramı #Qəzza hücumu #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #BMT-nin İnsan Hüquqları

Mövzu üzrə digər xəbərlər

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

20:34
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.