8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Senator Durbin İsraildən Qəzzaya yardıma icazə verməyi tələb edib

Durbinin sözlərinə görə, kütləvi aclıq səbəbindən Qəzza xəstəxanalarında körpələr həyat uğrunda mübarizə aparır. O, İsrailin baş naziri Binyamin Netanyahudan Qəzza zolağına humanitar yardımın dərhal çatdırılması üçün icazə verməsini tələb edib.

29 İyul 2025 11:29
Baku
Senator Durbin İsraildən Qəzzaya yardıma icazə verməyi tələb edib

Bakı. AzerVoice

ABŞ Senatının üzvü Dik Durbin Qəzzada humanitar vəziyyəti “dəhşətli və qəddar” kimi qiymətləndirib və İsraildən bölgəyə yardımın çatdırılmasına icazə verməsini tələb edib.

AzerVoicexəbər verir ki, bu barədə Senator Durbin Senatdakı çıxışında bildirib.

Çıxışında "Qəzzada İsrailin iki illik hərbi əməliyyatları nəticəsində yaranan aclıq və böhran günü-gündən daha da ağırlaşır. Qəzzadan qayıdan britaniyalı həkim isə İsrailin tətbiq etdiyi aclığın "dəqiqə-dəqiqə daha da pisləşdiyini"- deyə o qeyd edib.

Durbinin sözlərinə görə, kütləvi aclıq səbəbindən Qəzza xəstəxanalarında körpələr həyat uğrunda mübarizə aparır. O, İsrailin baş naziri Binyamin Netanyahudan Qəzza zolağına humanitar yardımın dərhal çatdırılması üçün icazə verməsini tələb edib.

Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Marjorie Taylor Greene də sosial mediada Qəzzadakı aclıq və insan haqları böhranını sərt şəkildə pisləyib. O, İsrailin Qəzzada yaratdığı vəziyyəti “dəhşətli” adlandıraraq, humanitar böhranın dərhal sona çatmasını tələb edib.

Greene həmçinin ABŞ-ın İsrail, İordaniya və digər ölkələrə maliyyə yardımlarının azaldılması təkliflərinin Konqresdə uğursuz olduğunu bildirib. O, İsrailin raketdən müdafiə sisteminə ayrılan 500 milyon dollarlıq maliyyənin ləğvi ilə bağlı təklifin iyulun 18-də Konqresdə 422 əleyhinə, 6 lehinə səs ilə rədd edildiyini xatırladıb.

İsrailin ağır hücumları və sərt blokadası altında olan Qəzza zolağında su, qida, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin çatışmazlığı insanları aclıq və xəstəliklə mübarizəyə məcbur edir. Oktyabrın 7-dən bəri təxminən 147 nəfər aclıqdan dünyasını dəyişib.

Beynəlxalq təşkilatlar və insan haqları qrupları İsrailin aclıq və susuzluqdan silah kimi istifadə etdiyini bildirir. Hərbi əməliyyatlar nəticəsində Qəzzanın 88 faizi dağıdılıb və təxminən 2 milyon insan evlərini itirərək müvəqqəti sığınacaqlarda ağır şəraitdə yaşamağa məcbur olub.

İsrail ordusunun mülki sığınacaqlara və köçkünlərin çadırlarına etdiyi hücumlar nəticəsində vəziyyət daha da ağırlaşır. Məcburi köçkünlər qeyri-sağlam şəraitdə, yoluxucu xəstəliklərin artdığı məktəblərdə və çadırlarda həyatlarını davam etdirməyə çalışırlar.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 59,821 fələstinli həyatını itirib, 144,851 nəfər isə yaralanıb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #İsrailə qarşı etirazlar #İsrail cinayətləri #İsrail hücumları #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #ABŞ Senatı #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.