7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzza bizim ayrılmaz hissəmizdir- İsrail naziri

AzerVoice xəbər verir ki, bu barədə Smotriç Qəzzada qeyri-qanuni yaşayış məntəqələrinin təmizlənməsinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışında bildirib.

29 İyul 2025 17:08
Baku
Qəzza bizim ayrılmaz hissəmizdir- İsrail naziri

BAKI, AzerVoice

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Qəzzanın "İsrailin ayrılmaz hissəsi" olduğunu iddia edib.

AzerVoice xəbər verir ki, bu barədə Smotriç Qəzzada qeyri-qanuni yaşayış məntəqələrinin təmizlənməsinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O, 2005-ci ildə boşaldılan Quş Kətif qəsəbəsinin yenidən qurulmasının artıq “xəyal” olmadığını və bunun çox yaxın olduğunu müdafiə edib.

İsrailin Qəzzanı ilhaq etmək planları davam edərkən Smotriç, "Biz Qəzzanı bir ərəb ölkəsinə vermək üçün bu qiyməti ödəmədik. Bura İsrail ərazisidir"- deyə qeyd edib.

Fələstin torpaqlarını qəsb edən İsrail hökumətinin naziri Smotriç İordan çayının qərb sahilinin də ilhaq ediləcəyini bildirib.

İsrail mediası baş nazir Benyamin Netanyahunun Smotriç və digər ifrat sağçı fiqurları sakitləşdirmək üçün Qəzzanın bəzi hissələrinin ilhaqını ehtiva edən təhlükəsizlik kabinetinə plan təqdim etdiyini bildirib.

Smotrich və milli təhlükəsizlik naziri Ben-Qvir kimi şəxslər Qəzzanın tam işğalını və fələstinlilərin başqa ölkələrə deportasiyasını müdafiə edirlər.

İsrail 1967-ci ildə işğal etdiyi Qəzzada Fələstin torpaqlarını qəsb edib və orada yəhudiləri məskunlaşdırıb. Bu köçkünlər 2005-ci ildə o vaxtkı baş nazir Ariel Şaronun geri çəkilmə qərarından sonra Qəzzadan təxliyə edilib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #İsrail cinayətləri #Humanitar fəlakət Qəzza #Betsalel Smotriç planları #İsrail və Qəzza münaqişəsi #İsrailin Qəzza siyasəti #Betsalel Smotriç

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.