13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu Qəzzadan fələstinliləri deportasiya edəcəyini bildirib

AzerVoice xəbər verir ki, İsrail mətbuatında yer alan iddialara görə, baş nazir Benyamin Netanyahu, koalisiya ortağı və milli təhlükəsizlik naziri İtamar Ben-Qviri hökumətdə saxlamaq üçün Qəzza zolağındakı fələstinlilərin deportasiya planını gündəmə gətirib.

31 İyul 2025 16:08
Baku
Netanyahu Qəzzadan fələstinliləri deportasiya edəcəyini bildirib

BAKI, AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzadakı fələstinlilərin deportasiya planını sürətləndirdiyi iddia olunur.

AzerVoice xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ifrat sağçı koalisiya ortağı, milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə HƏMAS ilə atəşkəs razılaşması əldə olunmaması halında bir neçə həftə ərzində fələstinliləri Qəzza zolağından deportasiya etmək planını həyata keçirəcəyi barədə söz verdiyi iddia olunub.

İsrail rəsmiləri bu planla bağlı artıq mütəmadi görüşlərin keçirildiyini və Mossad-a deportasiya ediləcək ölkələrlə təmasların sürətləndirilməsi barədə tapşırıq verildiyini bildirib.

İddialara əsasən, Təl-Əviv rəhbərliyi fələstinlilərin Efiopiya, Liviya, İndoneziya və digər ölkələrə köçürülməsi üçün ilkin razılaşmalar əldə edib. Deportasiya planı çərçivəsində fələstinlilərin əvvəlcə İsrail və İordaniya üzərindən çıxarılması nəzərdə tutulur.

Qəzet həmçinin Netanyahunun digər ifrat sağçı nazir Bezalel Smotriçə Qəzza zolağının şimalındakı bəzi əraziləri ilhaq edəcəklərinə dair vəd verdiyini də qeyd edib.

Netanyahunun bu addımlar üçün ABŞ-la koordinasiya apardığı, strateji işlər naziri Ron Dermer, milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi və Mossad direktoru Devid Barneanı Vaşinqtona göndərdiyi bildirilib.

Xatırladaq ki, bu ideya ilk dəfə yanvar ayında ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən irəli sürülmüşdü. Trampın bəyanatından sonra İsrail rəsmiləri bu təklifi dəyərləndirməyə başladıqlarını və bəzi ölkələrlə əlaqələr qurduqlarını açıqlamışdılar.

İsrailin yeni sürgün planı çərçivəsində Qəzza sakinlərinin əvvəlcə bölgənin cənubuna, daha sonra isə üçüncü ölkələrə yönəldilməsi nəzərdə tutulur. Müşahidəçilər bu addımı etnik təmizləmə cəhdi kimi qiymətləndirirlər.

Məqalədə: #Qəzza #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #Ben Qvir #Təl-Əviv #Binyamin Netanyahu #deportasiya #Qəzza hücumu #Qəzza münaqişəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İtamar Ben Qvir

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

12 Sentyabr 18:31

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.