13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada son bir stukada 5 nəfər aclıqdan həyatını itirib

İsrailin ağır mühasirəsi altında aclıq və ehtiyac içində yaşayan Qəzza zolağında son bir sutkada daha 5 nəfər aclıqdan həyatını itirib.

4 Avqust 2025 12:07
Baku
Qəzzada son bir stukada 5 nəfər aclıqdan həyatını itirib

BAKI, AzerVoice, Zeynəb Raminqızı

İsrailin ağır mühasirəsi altında aclıq və ehtiyac içində yaşayan Qəzza zolağında son bir sutkada daha 5 nəfər aclıqdan həyatını itirib.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib.

Son 24 saat ərzində daha 5 fələstinli aclıq səbəbilə dünyasını dəyişib. Bununla da, İsrailin mühasirəsi nəticəsində aclıqdan ölənlərin sayı 180-ə yüksəlib. Onlardan azı 93 nəfəri uşaqdır.

İsrailin aylardır davam edən hücumları və humanitar yardımların qarşısını alan blokadası səbəbindən Qəzzada su, dərman, tibbi və gigiyena vasitələrinin kəskin çatışmazlığı müşahidə olunur. Yerli və beynəlxalq təşkilatlar bildirirlər ki, İsrail “aclıq və susuzluqdan bir silah kimi” istifadə edir.

Mülki infrastrukturların 88 faizinin dağıdıldığı bölgədə təxminən 2,3 milyon insan yaşasa da, onlardan 2 milyonu artıq didərgin düşüb. Fələstinlilər gigiyenik şəraitin olmadığı, yoluxucu xəstəliklərin yayıldığı çadırlarda və dolu məktəblərdə sağ qalmağa çalışırlar.

Bütün bu çətinliklərə baxmayaraq, İsrail ordusu hər gün hava və quru hücumlarını davam etdirir, mülki məntəqələri və köçkünlərin sığındığı yerləri bombalayır. Yerli əhali isə həm aclıqla, həm də təhlükəsizliklə bağlı böhranla üz-üzə qalır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Qəzza münaqişəsi #Qəzzada aclıq və resurs çatışmazlığı #İsrail ABŞ Qəzza yardımı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

12 Sentyabr 18:31

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.