9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BAEA nümayəndə heyəti İranda nüvə obyektlərinə giriş əldə etməyəcək – Rəsmi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri yaxın günlərdə İrana edəcəkləri səfər zamanı ölkənin nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər. Bu barədə İran Parlamentinin (Məclis) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi məlumat verib.

4 Avqust 2025 18:06
BAEA nümayəndə heyəti İranda nüvə obyektlərinə giriş əldə etməyəcək – Rəsmi

BAKI, AzerVoice, Səməd Əyyubov

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri yaxın günlərdə İrana edəcəkləri səfər zamanı ölkənin nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər.

AzerVoice xəbər verir ki, bu barədə İran Parlamentinin (Məclis) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi məlumat verib.

O bildirib ki, Məclis tərəfindən qəbul edilmiş qanunlara əsasən, BAEA nümayəndələrinə və digər xarici inspektorlara İranın nüvə obyektlərinə heç bir halda fiziki giriş icazəsi verilməyəcək. Əzizi əlavə edib ki, agentlik nümayəndələri yalnız İran rəsmiləri ilə texniki məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.

Qeyd edək ki, avqustun 4-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai BAEA nümayəndə heyətinin 10 gün ərzində İrana səfər edəcəyini açıqlamışdı.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir sutkadan az müddət sonra İran cavab hücumu həyata keçirib. ABŞ isə gərginliyin artmasından doqquz gün sonra münaqişəyə qoşularaq Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə zərbələr endirib. İyun ayının 23-ü axşam saatlarında İran Qətərdə yerləşən, ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazası olan Əl-Udeydə hücum edib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs rejimi elan etməyə razılıq verdiyini bildirib. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin BAEA tərəfindən pislənməməsi ölkə daxilində sərt tənqidlərə səbəb olub və agentlik rəhbərliyi fəaliyyətini siyasiləşdirməkdə ittiham edilib. İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığın dayandırılması haqqında qanun imzalayıb. İyulun 22-də isə İran xarici işlər naziri Abbas Əraqçi gələcəkdə agentlik inspektorlarının ölkəyə qayıtma ehtimalını istisna etmədiyini bəyan edib.

Məqalədə: #İsrail #İran #İran XİN #SEPAH #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #İran ballistik raketləri #İran raket proqramı #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İsrail və İran münasibətləri #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi #Donald Trampın İsrail–İran atəşkəsini elan etməsi

Mövzu üzrə digər xəbərlər

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya

İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək

8 Sentyabr 20:55
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
İordaniya

Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya

8 Sentyabr 20:07
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.