6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzaya havadan atılan yardım ölüm hallarına səbəb olur

Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

6 Avqust 2025 20:17
Qəzzaya havadan atılan yardım ölüm hallarına səbəb olur

BAKI, AzerVoice, Səməd Əyyubov – Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur.

AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, İsrail havadan yardım endirmə üsulunu “qarışıqlıq yaratmaq vasitəsi” kimi istifadə edir.

Bəyanatda vurğulanıb ki, İsrail bu üsulu aclıq siyasətinin bir hissəsi kimi tətbiq edir və bununla bölgədə qarışıqlıq yaratmağa, eləcə də quldur dəstələrinin yayılmasına şərait formalaşdırmağa çalışır.

“Havadan atılan yardımlara doğru qaçan insanlar arasında yaranan izdiham ölüm hallarına gətirib çıxarır. Bəzi yardımlar birbaşa evlərin və çadırların üzərinə düşərək qadın və uşaqların həlak olmasına səbəb olub. Bu cür ölüm ən son bu gün baş verib” – deyə, bəyanatda qeyd olunub.

Bildirilib ki, İsrailin hücumları və mühasirəsi nəticəsində aclığın hökm sürdüyü Qəzza zolağına havadan atılan yardımlar minimum ehtiyacları belə ödəyə bilmir. Bu yardım həcmi, quru yolu ilə sərhəd qapılarından gətirilən yardımla müqayisə oluna bilməyəcək qədər azdır.

“Paraşütlə atılan yardımların mənfi təsirləri, yaratdığı qarışıqlıq və ölüm halları aclıq çəkən xalqımıza faydadan çox zərər verir” - deyə bəyanatda vurğulanıb. Nazirlik sərhəd qapılarının açılması və aclıq fəlakətinin qarşısının alınmasına çağırıb.

Bundan əlavə, havadan yardım əməliyyatlarında iştirak edən ölkələrə bu təcrübəni yenidən nəzərdən keçirmələri tövsiyə olunub.

Qeyd edək, İsrail ordusu yanvar ayında qüvvəyə minmiş atəşkəsdən sonra martın 18-də Qəzza zolağına qarşı hərbi əməliyatlara yenidən başlayıb.

İsrailin 2023‑cü il oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 61 min 158 fələstinli həlak olub, 151 min 442 nəfər yaralanıb.

İsrailin mart ayında atəşkəsi pozduqdan sonra həyata keçirdiyi hücumlarda isə 9 min 654 nəfər öldürülüb, 39 min 401 nəfər yaralanıb.

Mayın 27-dən bəri isə İsrail və ABŞ-ın təşkilatçılığı ilə “Qəzza Humanitar Yardım Fondu” adı altında yaradılan paylama məntəqələrində fələstinlilərə qarşı həyata keçirilən hücumlar nəticəsində ölənlərin sayı 1 655-ə, yaralıların sayı isə 11 min 800-ə çatıb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #humanitar yardım #humanitar böhran #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Beynəlxalq humanitar yardım #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Qəzzada müharibədən sonrakı vəziyyət #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Humanitar yardım layihələri #Qəzza humanitar planı #Qəzza Humanitar Fondu #Qəzzada humanitar böhran 2025 #Qəzza humanitar böhran

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.