Türk Qızıl Ayparası Qəzzaya humanitar yardım göndərib
Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra humanitar yardım karvanları bölgəyə daxil olmağa başlayıb. Türk Qızıl Ayparası bu çərçivədə bu gün Qəzzaya 5 yardım tırının çatdığını açıqlayıb. Qurumun verdiyi məlumata görə, göndərilən hər bir yardım tırı Qəzza xalqına həm maddi, həm də mənəvi dəstək daşıyır.
Azərbaycan müharibənin ilk günlərindən xalqımıza dəstək göstərib - Ukrayna səfirliyi
Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən Azərbaycana, onun rəhbərliyinə və bütün xalqına minnətdarıq. AzerVoice xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi Ümumdünya Humanitar Yardım Günü münasibətilə "X" sosial şəbəkəsində paylaşım edib.
2025-ci ildə humanitar yardıma ehtiyacı olan insanların sayı 305 milyon nəfərə çatır
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UNOCHA) “2025 Qlobal Humanitar Hesabatı”na əsasən, bu il dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 2015-ci illə müqayisədə təxminən dörd dəfə artacaq. 2015-ci ildə isə 77,9 milyon insanın humanitar yardıma ehtiyacı olduğu qeyd edilib. Humanitar böhranın əsas səbəbləri arasında müharibələr, iqlim dəyişikliyi və təbii fəlakətlər – yanğın, daşqın, torpaq sürüşməsi və qasırğalar – yer alır. Hesabata görə, 305 milyon insandan 85 milyonu Cənubi və Şərqi Afrikada, 59 milyonu Yaxın Şərq və Şimali Afrikada, 57 milyonu Qərbi və Mərkəzi Afrikada, 55 milyonu Asiya-Sakit okean regionunda, 34 milyonu Latın Amerikası və Karib hövzəsində, 15 milyonu isə Avropada yaşayır.
Qəzzada qadınlar və qız uşaqları aclıq təhlükəsi ilə üz-üzədir - BMT
Qəzza zolağında qadınlar və qız uşaqları ciddi aclıq və qıtlıq təhlükəsi ilə üz-üzədir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) "X" sosial şəbəkəsində məlumat verib.
24 ölkə Qəzzaya humanitar yardımın çatdırılması barədə çağırış edib
24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
İyul ayında Qəzzada aclıqdan əziyyət çəkən uşaqların sayı rekord həddə çatıb - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb. Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Qəzzaya havadan atılan yardım ölüm hallarına səbəb olur
Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Türkiyənin vitse-prezidenti İsrailin Qəzzaya humanitar yardımın girişinə mane olmasını pisləyib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasını sərt şəkildə pisləyib. Bu barədə o "X" sosial şəbəkəsində yazıb.