9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə-Kosta Rika əməkdaşlığında TİKA imzası

7 May 2025 11:24
Türkiyə-Kosta Rika əməkdaşlığında TİKA imzası

BAKI, AzerVoice

TİKA-nın layihələri Kosta Rikada yüksək səviyyədə təqdir olunur

AzerVoice xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Meksika ofisi tərəfindən Kosta Rikada həyata keçirilən yeni layihələr ölkə rəsmiləri tərəfindən yüksək dəyərləndirilib. Layihələrin təqdimatı və açılış mərasimləri Kosta Rikanın müvafiq dövlət qurumları və Türkiyə səfirliyinin iştirakı ilə baş tutub.

TİKA-nın Kosta Rika Milli Fövqəladə Hallar və Riskin Qarşısının Alınması Müdaxilə Agentliyi (CNE) ilə birgə reallaşdırdığı Milli Fövqəladə Hallar Təhsil Proqramına Dəstək Layihəsinin açılışı Kosta Rika Xarici İşlər Nazirliyində təşkil olunub. Mərasimdə Kosta Rikanın xarici işlər üzrə müvəqqəti naziri Lidiya Peralta Kordero, CNE prezidenti Alejandro Xose Pikado Eduarte, Türkiyənin Kosta Rika səfiri Naciye Gökçen Kaya və TİKA-nın Meksika koordinatoru Fatih Abdi Çətin iştirak ediblər.

CNE prezidenti Eduarte çıxışında qeyd edib ki, TİKA tərəfindən təqdim edilən texnoloji avadanlıq, pilotsuz uçuş aparatları və müasir rabitə sistemləri təbii fəlakətlərə operativ reaksiya və vulkan fəaliyyətlərinin monitorinqi baxımından olduqca əhəmiyyətlidir. O, göstərilən dəstəyə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.

Açılışdan sonra, 2025-ci ilin mayında başlayacaq və eyni ildə tamamlanması planlaşdırılan Dövlət Məktəblərində Kitabxanaların Yaradılması Layihəsinin təqdimatı keçirilib. Bu layihə Kosta Rika Rəyasət Heyətinin “Nağıl Evləri Proqramı” çərçivəsində həyata keçiriləcək.

Layihənin təqdimatında iştirak edən Kosta Rikanın birinci xanımı H.E. Signe Zeikate TİKA-nın təşəbbüsünü yüksək dəyərləndirərək , "TİKA-nın layihəsi ianədən çox şeydir. Bu, ölkələrimiz və qurumlarımız arasında səxavət və bağlılıq ruhunda əsl ittifaqı təmsil edən bir dostluq jestidir" - deyə bildirib.

Qeyd edək ki, TİKA-nın son illərdə Mərkəzi Amerikada, xüsusilə Kosta Rikada həyata keçirdiyi humanitar və inkişaf yönümlü layihələr bu bölgədə Türkiyə ilə əlaqələrin dərinləşməsinə töhfə verir.

Məqalədə: #Türkiyə #Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) #TİKA Kosta Rika #Humanitar yardım layihələri #Kosta Rika-Türkiyə münasibətləri #Nağıl Evləri Proqramı #İnkişaf layihələri Kosta Rika

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
19:37
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.