7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İyul ayında Qəzzada aclıqdan əziyyət çəkən uşaqların sayı rekord həddə çatıb - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb. Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

7 Avqust 2025 19:15
İyul ayında Qəzzada aclıqdan əziyyət çəkən uşaqların sayı rekord həddə çatıb - ÜST

BAKI, AzerVoice, Səməd Əyyubov – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb.

AzerVoice-un məlumatına görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu göstərici bir ay üzrə ən yüksək rəqəmdir.

Onun sözlərinə görə, iyul ayında Qəzzada beş yaşadək təxminən 12 min uşaq ağır qidalanma çatışmazlığından əziyyət çəkib.

“Bu, ÜST tarixində aylıq statistikalar baxımından ən yüksək göstəricidir” – deyə, Gebreyesus vurğulayıb.

O əlavə edib ki, bölgəyə çatdırılan ərzaq yardımı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün kifayət etmir.

ÜST-nin məlumatına əsasən, yanvarın əvvəlindən iyulun sonunadək azı 99 fələstinli aclıqdan həyatını itirib, onlardan 29-u beş yaşdan kiçik uşaqlardır. Gebreyesus real rəqəmlərin “daha yüksək” olduğunu bildirib.

Qəzzanın Səhiyyə Nazirliyi isə son məlumatlarında aclıq səbəbilə 193 nəfərin öldüyünü, onların 96-sının uşaq olduğunu açıqlayıb.

Xatırladaq ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar yardım daxil olmur. İsrailin qərarı ilə bölgəyə giriş-çıxışa nəzarət edən bütün keçid məntəqələri bağlanıb. Hazırda ərzaq yardımı yalnız İsrail və ABŞ-ın nəzarətindəki “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə paylanır.

Mart ayında isə İsrail ordusu atəşkəsi pozaraq Qəzzada hərbi əməliyyatlara yenidən başlayıb. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda hələlik yeni atəşkəs razılaşmasına nail olunmayıb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #aclıq #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Aclıq və qida çatışmazlığı #Qəzza humanitar böhranı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Humanitar yardım layihələri #Tedros Adhanom Qebreyesus #Qəzza humanitar planı #Qəzza Humanitar Fondu #Qəzzada humanitar böhran 2025 #Qəzza aclıq #Qəzza humanitar böhran #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.