ÜST rəhbəri İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb. "İnsanların aclıqdan ölməsi qarşısı alına biləcək faciədir. İsrail bunu istənilən an dayandıra bilər" - deyə, o bəyan edib. “Ərzaq yükləri çox yaxın məsafədə olduğu halda insanların aclıqdan ölməsi qəbuledilməzdir. Qəzza əhalisini ac saxlamaq nə İsrailin təhlükəsizliyini təmin edəcək, nə də girovların azad olunmasına kömək edəcək. Mülki əhalini aclığa məhkum etmək heç vaxt müharibə üsulu ola bilməz. Bu, hərbi cinayətdir və gələcək münaqişələrdə təhlükəli presedent yaradır”, - Gebreyesus əlavə edib.
İyul ayında Qəzzada aclıqdan əziyyət çəkən uşaqların sayı rekord həddə çatıb - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb. Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.